Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) onlayn “Gələcəyə addım” III elmi konfransı keçirilib.
Konfransı açan Fizika fakültəsinin dekanı dosent Arzu Daşdəmirov 100 illik tarixə malik Dövlət Pedaqoji Universitetinin inkişaf mərhələlərindən danışıb. O qeyd edib ki, aparılan məqsədyönlü islahatlar təlim və tədrisin məzmununun dəyişməsinə, ADPU-nun müəllim hazırlığını həyata keçirən lider universitetlərdən birinə çevrilməsinə səbəb olub. Fizika fakültəsi ilk dəfə 2017-ci ildə TEC-in “Gələcəyə addım” I elmi konfransını keçirib. Bu il pandemiya şəraitinə baxmayaraq konfransa maraq olduqca böyükdür. Tədbirə müxtəlif ali təhsil müəssisələri də daxil olmaqla rekord sayda – 86 tezis təqdim edilib. Konfrans iştirakçılarının hər birinə sertifikat, hər bölmə üzrə 3 ən yaxşı çıxış edən tələbəyə diplom veriləcək. Konfransın materialları dərc olunacaq.
Fizika fakültəsinin ADPU-nun aparıcı fakültələrindən biri olduğunu deyən rektor, professor Cəfər Cəfərov bu sahədə Tələbə Elmi Cəmiyyətinin xətti ilə görülən işləri diqqətə çatdırıb. Rektor qeyd edib ki, həm müəllimlər, həm də tələbələr sırasında yeniliyə cəhdlər var, bu, olduqca vacibdir. Əsas məqsədlərdən biri dünya təcrübəsinin öyrənilməsi, müasir innovasiyaların tətbiqidir. Hazırda Fizika fakültəsində STEM layihəsi ilə bağlı laboratoriyanın yaradılması istiqamətində mühüm işlər görülür. Bütün bunlar universitetdə aparılan islahatların əsasını təşkil edir.
Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov universitetdə elmi-pedaqoji kadr hazırlığı ilə bağlı məlumat verib, ADPU-da çap olunan elmi nəşrlər və jurnalların nüfuzunun artdığını diqqətə çatdırıb. Prorektor 2021-ci ildə doktorantura və dissertanturaya qəbul imtahanı və müsahibələrin mövcud tələblərə uyğun formada keçirildiyini bildirib.
BDU-nun Nəzəri fizika kafedrasının müdiri dosent Məmməd Rəcəbov elm, təhsil və innovasiya sahəsində ölkədə və dünyada gedən proseslərdən söz açıb.
Fakültə TEC-in sədri dosent Xatirə Adıgözəlova 2017-ci ildən indiyədək görülən işlər haqqında təqdimatla çıxış edib. O, tələbələrin fəaliyyəti, ekskursiyalar, konfranslar, tədbirlər və müxtəlif layihələr haqqında məlumat verib.
Konfrans işini 6 bölmədə davam etdirib. Bölmə iclaslarında “Microsoft Teams” platformasında yaradılmış komandalarda komissiya üzvləri və tələbələr iştirak ediblər. Tələbələr müvafiq komandalarda onlayn formatda çıxış ediblər.
Sonda bölmə sədrlərinin hesabatı dinlənilib.
Onlayn konfransda ADPU-nun və Bakı Dövlət Universitetinin professor-müəllim heyəti, tələbə və magistrantlar iştirak edib. Konfransa ümumilikdə 300-dən çox iştirakçı qatılıb.
Tehsil-press.az