Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Vətən müharibəsi qazisi olan məzunlarından Elvin Rəsulov və anası Ramilə Rəsulova ilə görüş keçirilib.
Görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov qazinin səhhəti ilə maraqlanaraq Ramilə xanıma belə mərd və cəsur övlad yetişdirdiyi üçün minnətdarlığını ifadə edib. Rektor deyib: “ADPU-nun məzunları hər sahədə olduğu kimi, Vətənin müdafiəsində də yaddaşlarda qaldılar, dastanlara dönəcək qəhrəmanlıq göstərdilər. Çünki müəllim bütün aspektlərdə, ilk olaraq da vətənpərvərlikdə nümunə olmalıdır və Azərbaycan müəllimi bu şərəfli missiyanı uğurla yerinə yetirir. Belə ki, tələbə və məzunlarımızdan 11 nəfəri - yəni 11 müəllim Vətən uğrunda şəhidlik zirvəsinə yüksəlib, yüzlərlə qazimiz var. Biz onların hər biri ilə fəxr edirik. Belə cəsur müəllimlərdən biri də Elvindir. Onun qəhrəmanlığı dildən-dilə gəzir. Şuşada öz şəhid yoldaşının nəşini ərazidən çıxararkən yaxınlığında partlayan minanın təsirindən başından və sol ayağından yaralansa da, onu orada qoymayıb və kəndirlə belinə sarıyaraq ərazidən uzaqlaşdırmağa çalışıb”.
C.Cəfərov qeyd edib ki, ADPU hər zaman öz şəhid və qazi məzunlarını diqqətdə saxlayır. Elvin də onlardan biri kimi daim universitetin qayğısını hiss edə bilər.
Qazi və anası göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, E.Rəsulov ADPU-nun İncəsənət və fiziki tərbiyə fakültəsinin 2020-ci il məzunudur. Ötən ilin iyulunda həqiqi hərbi xidmətə çağırılmış Elvin Vətən müharibəsinin başlandığı ilk gündən ön cəbhədə döyüşüb.
Tehsil-press.az