Oktyabrın 27-29-da İnformasiya Texnologiyaları İnstitutunda NATO-nun dəstəyilə “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Tədbirdə ABŞ, Almaniya, Polşa, Avstriya, İsveç, Türkiyə, Macarıstan, Estoniya və Gürcüstanın müvafiq sahə üzrə aparıcı alim və mütəxəssislərinin iştirakı nəzərdə tutulur.
İnformasiya Texnologiyaları İnstitutunda beynəlxalq konfransa hazırlıq işlərinin müzakirəsi məqsədilə onlayn görüş keçirilib. Görüşdə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin Kibertəhlükəsizlik Bölməsinin rəhbəri, layihənin həmdirektoru, professor Yasek Qayevski və hər iki tərəfdən əlaqədar əməkdaşlar iştirak ediblər.
Görüşdə hər iki tərəfin nümayəndələrindən ibarət müvafiq işçi qruplarının tərkibi və vəzifələri müzakirə edilib. Konfransın onlayn açılışı ilə bağlı ssenari, dəvət olunacaq əsas qonaqların və məruzəçilərin ilkin siyahıları dəqiqləşdirilib.
Onlayn tədbirdə, həmçinin konfransın veb-saytının ilkin layihəsinə baxılıb, konfransın əsərlərinin NATO-nun “Science Series” rubrikasında çapa hazırlanması üçün redaktorlar qrupunun tərkibi müzakirə edilib. Beynəlxalq tədbirin təşkili üzrə onlayn müzakirələrin intensivləşdirilməsi və texniki dəstək qrupunun ayrıca onlayn görüşlərinin keçirilməsi qərara alınıb.
Görüşdə çıxış edən akademik R.Əliquliyev sənaye idarəetmə sistemlərinin ölkənin kritik infrastrukturlarının əsasını təşkil etdiyini nəzərə alaraq, belə sistemlərin kibertəhlükəsizliyinin təmin edilməsinin strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb. Akademik ölkənin bu sahə üzrə aparıcı alimlərinin konfransa töhfə verəcəklərinə əminliyini ifadə edib.
Akademik R.Əliquliyev konfransı təşkil edən hər iki qurum arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacib olduğunu vurğulayıb.
Tehsil-press.az