Avropanın nüfuzlu təşkilatları İnformasiya Texnologiyaları İnstitutunda aparılan elmi tədqiqatları dəstəkləyir.
Bu fikri elmi müəssisənin direktoru, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev onlayn iclasda səsləndirib.
Alim deyib ki, Azərbaycanda COVID-19 virusu ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunmasına baxmayaraq, institut prioritet istiqamətlərdə elmi tədqiqatları və beynəlxalq əməkdaşlığı davam etdirir, qurumun alimlərinin məqalələri dünyanın nüfuzlu, yüksək istinad indeksli jurnallarında dərc olunur.
Akademik R.Əliquliyev İnformasiya Texnologiyaları İnstitutu və Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin Kibertəhlükəsizlik Bölməsindən olan alimlərin sənaye təyinatlı avtomatik obyektlərdə kiberfiziki sistemlərin tətbiqi və onların təhlükəsizliyi ilə bağlı birgə tədqiqat apardığını diqqətə çatdırıb. Bildirib ki, NATO-nun “Sülh və Təhlükəsizlik Naminə Elm Proqramı” çərçivəsində hazırlanan qrant layihəyə bu təşkilat artıq müsbət rəy verib: “Dünyanın müxtəlif ölkələrindən olan aparıcı alimlərin cəlb edildiyi, Avropa İttifaqının dəstəklədiyi layihə ilə bağlı bizim institutda beynəlxalq konfransın keçirilməsi də nəzərdə tutulur”.
Daha sonra o, Belarusun paytaxtı Minskdə keçirilən Şərq tərəfdaşlığı iclasında “İKT Mərkəzi”nin yaradılması təşəbbüsünün irəli sürüldüyünü, bu təşəbbüsün həyata keçirilməsi ilə bağlı Azərbaycanın münasibət bildirməsinin təklif olunduğunu qeyd edib.
Alim Şərq Tərəfdaşlığı ölkələrindən biri kimi Azərbaycanın da “İKT Mərkəzi”nin təsis olunmasında yaxından iştirakının zəruri olduğunu deyib. Bildirib ki, rəhbərlik etdiyi qurum geniş imkanlara malik olacaq belə bir mərkəzin yaradılmasını dəstəkləyir. Bu prosesdə bütövlükdə AMEA-nın fəal iştirakı məqsədəuyğundur.
“Qeyd olunanlar Avropa İttifaqı və NATO kimi nüfuzlu təşkilatların institutda aparılan elmi tədqiqatları dəstəklədiyini bir daha sübut edir. Bu, bizim uğurumuzdur”, - deyə R.Əliquliyev fikrini yekunlaşdırıb.
Tehsil-press.az