Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun (AMEA) direktoru, akademik Nazim Məmmədov və əməkdaşlar “Yüksək gərginliklər fizikası və texnikası” laboratoriyasının rəhbəri, akademik Arif Həşimov, fizika üzrə fəlsəfə doktorları Kamil Qurbanov, Rüstəm Rüstəmov, Eldar Həsənov “Energetikanın texniki fiziki problemləri” (ICTPE-2020) mövzusunda beynəlxalq konfransda iştirak ediblər.
Oktyabrın 12-13-də Türkiyənin İstanbul şəhərinin Rumeli Universitetində keçirilməsi nəzərdə tutulan sayca 16-cı olan ICTPE-2020 beynəlxalq konfrans onlayn şəraitdə reallaşıb. Konfransın təşkilatçısi İstanbul Rumeli Universiteti olub. Videokonfransın açılışında Azərbaycan Respublikası tərəfindən konfransın həmsədr akademik Arif Həşimov və akademik Nazim Məmmədov çıxış ediblər. Çıxışda konfransda müzakirə olunan məruzələrin energetika sistemlərinin müasir problemlərini əhatə etdiyini və ölkələrin energetika sistemlərinin gələcək inkişafına töhfəsi baxımından əhəmiyyətli olduğunu vurğulayıblar.
İki gün davam edəcək konfransın açılışında həmsədrlər, professorlar Naser M.Tabatabaci (İran), Javer Bilbao (İspaniya), Nicu Bizon (Ruminiya) çıxış edərək konfrasın uğurlu keçməsini arzu ediblər.
Videokonfransda AMEA Fizika İnstitutunun əməkdaşlarının 6 məruzəsi, Azərbaycanın müxtəlif elmi mərkəzlərini təmsil edən alimlərin 15 məruzəsi dinlənilib.
Oktyabrın 13-də həmsədrlərin yekun çıxışları və konfransın iştirakçılarına sertifikatların verilməsi nəzərdə tutulur.

Məryəm Rafaelqızı
AMEA Fizika İnstitutu
AMEA Fizika İnstitutu