Bu gün “Vikipediya”nın Azərbaycan dili bölməsində türk dünyası ilə bağlı məqalələrin yaradılması və zənginləşdirilməsi prioritet istiqamətlərdən biridir. Son günlər “Türk dünyası ağsaqqalları” qəzetinin təşəbbüsü ilə “Türk dünyası “Vikipediya”da” layihəsi çərçivəsində yeni məqalələr yaradılır və onlayn ensiklopediyada yerləşdirilir.
Bu sözləri “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk deyib.
“Layihə, adından göründüyü kimi, türk dünyasının zəngin dəyərlərinə xidmət edir. Bir neçə aydır ki, mövzunu əhatə edən məqalələrdə boşluqların aradan qaldırılması diqqətdə saxlanılır. Türk dünyasının tarixi, milli-mənəvi dəyərləri, elm, mədəniyyət, siyasət sahəsinin nümayəndələri və görkəmli şəxsiyyətlər haqqında məqalələr yaradılaraq oxucuların istifadəsinə verilib. Layihəyə start veriləndən bu günədək 200-ə yaxın məqalə yaradılıb. Hər bir məqalə türk dünyasının folkloru, tarixi, ədəbi proseslərinə töhfə vermiş şəxsiyyətlər haqqında müfəssəl məlumat verir. Könüllülər bu işə çox böyük həvəslə yanaşır və məqalələrin yaradılmasında fəal iştirak edirlər. Hesab edirəm ki, gənclərimiz türk xalqının tarixi zənginliyi ilə qürur duymalıdır. Texnologiyanın, internetin sürətlə inkişaf etdiyi bir vaxtda məlumatların rəqəmsallaşdırılmasına, ensiklopedik məqalələrin “viki”ləşdirilməsinə böyük ehtiyac yaranıb. Çünki insanlar istənilən məlumatları internet üzərindən daha tez və asan əldə edirlər. Bu prosesin içində olmaq və töhfə vermək zamanın tələbidir”, - deyə E.Eltürk bildirib.
Qeyd edək ki, “Türk dünyası “Vikipediya”da” layihəsi Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini, “Türk dünyası ağsaqqalları” qəzetinin baş redaktoru Ramin Əhmədovun təşəbbüsü ilə həyata keçirilir.
Tehsil-press.az