Lazımi yerdə bir casusun olması döyüş meydanında 20 min əsgərə bərabərdir
Bonapart Napoleon
102 yaş yubiley yaşı deyil, amma müstəqillik qazandığımız vaxtdan bu günədək Azərbaycan xüsusi xidmət orqanının peşə bayramı indiki kimi fərəhli və şərəfli olmamışdı. Şair demişkən “bu yaz bir başqa yazdır” və bu yaz günlərində-28 martda Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin peşə bayramı ikiqat sevinclidir. 30 ildən sonra, biz işğalda olan torpaqlarımızı azad etmişik və xüsusi xidmət orqanlarının da bu qələbənin qazanılmasında böyük xidməti var.
Dövlət təhlükəsizliyi özündə çox sahələri əhatə edir, amma torpaqların qorunması hər bir dövlətin ən əsas təhlükəsizlik məsələsidir. Müdafiə məsələləri, müharibə əsasən ordunun üzərinə düşsə də, dövlət təhlükəsizlik orqanının 44 günlük müharibə ərəfəsində, müharibə gedən günlərdə və müharibədən sonra fəaliyyəti, gördüyü işlər, vaxtında çatdırılan informasiyalar qələbəmizi təmin edən çox vacib amillərdir. Ona görə də, xüsusi xidmət orqanı 102 yaşını xüsusi qürurla qeyd etməyə layiqdir.
Xüsusi xidmət orqanı kimi Dövlət Təhlükəsizliyi Xidməti və 2015-ci ilə kimi onun tərkibində olan, sonra müstəqil qurum kimi fəaliyyətə başlayan Xarici Kəşfiyyat Xidmətinin fəaliyyəti əsasən məxvilik prinsipləri üzərində qurulduğundan, bu gözəgörünməz cəbhənin əməkdaşlarının ölkənin təhlükəsizliyini təmin edən fundamental işləri, təbii ki, az açıqlanır və ya heç açıqlanmır. Amma, bilən bilir...
44 günlük müharibədə düşmənin rabitə sistemindən əldə olunan məlumatlar, səs yazılarının ələ keçirilməsi sayəsində informasiya təxribatlarının qarşısının alınması, düşmənin hərbi və canlı qüvvələri haqqında məlumatların vaxtında çatdırılması, onların hərəkət trayektoriyası barədə qabaqlayıcı məlumatlar Ordumuzun uğurlarını şərtləndirən amillərdir. İnformasiya mübarizəsində də tutarlı, sənədlərə və təkzibedilməz faktlara əsaslanan məlumatların dünya ictimaiyyətinə çatdırılmasında xidmətin uyğun strukturlarının da fəaliyyətinin müharibə günlərində şahidi olduq.
DTX-nın müharibənin gedişində öncədən çatdırdığı məlumatlar daha doğru qərarların qəbul edilməsi üçün böyük rol oynayıb. Zaman keçəcək, bu gün açılması məqsədəuyğun hesab edilməyən elə məsələlər aşkarlanacaq ki, o zaman DTX-nın müharibədəki rolu geniş ictimaiyyət üçün də bəlli olacaq. Müharibənin gedişində baş verən gözlənilməz dəyişikliklərin və fərqli qərarların qəbul edilməsində təhlükəsizlik orqanının özünəməxsus rolu var. Bu və digər məsələlər barədə məlumatlar çox uzaq olmayan gələcəkdə açıqlananda cəmiyyət dediklərimizin həqiqət olduğuna bir daha əmin olacaq.
Əlbəttə, Dövlət Təhlükəsizliyi Xidməti ölkənin təhlükəsizliyinin etibarlı təminatçısı kimi böyük məsuliyyət daşıyır və onun fəaliyyət spektri genişdir. Azərbaycan cəmiyyəti korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə DTX-nın peşəkarcasına keçirdiyi əməliyyatların şahidi olublar. Terrora, xüsusilə xaricdən idarə olunan radikal dini qruplara qarşı mübarizədə görülən əməliyyat tədbirləri nəticəsində ağır terror aksiyalarının zamanında zərərsizləşdirilməsi mümkün olub. Qeyd etdiyimiz kimi təhlükəsizlik orqanlarının fəaliyyət cəbhəsi çoxşaxəlidir, amma bu ilki peşə bayramını özəlləşdirən, fərqli edən daha çox qələbə ilə bitən 44 günlük müharibədə DTX-nın roludur.
Xüsusi xidmət orqanlarının əməkdaşları gördükləri iş haqqında həmişə az danışar, ya heç danışmazlar. DTX-nın müharibədəki fəaliyyətindən indi ümumi danışmaq mümkündür , detallar lazım olan səlahiyyətlilərə məlumdur və təhlükəsizlik əməkdaşlarının bu çətin və şərəfli işin öhdəsindən gəldiyi yüksək səviyyədə qeyd olunub.
Müharibədən sonra bölgədə yeni əməliyyat şəraiti yaranıb və onu şərtləndirən yeni faktorlar həm də qarşıya yeni vəzifələr qoyur. Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin bu çətin və məsuliyyətli vəzifənin öhdəsindən şərəflə gələcəyinə inanır və keçmiş əməkdaç kimi həmkarlarıma bu yolda uğurlar arzulayıram.
Peşə bayramımız mübarək!
İlham İsmayıl