Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Azərkosmos” ASC-nin və AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) rəhbərlərinin birgə görüşü keçirilib.
Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, SETM-in rəhbəri, siyasi elmlər doktoru Fətəli Abdullayev, “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev, Radiasiya Problemləri İnstitutunun və Milli Aviasiya Akademiyasının nümayəndələri iştirak ediblər.
Görüşdə SETM-in 2 nömrəli laboratoriyasının müdiri, fizika üzrə fəlsəfə doktoru Fərid Əhmədov kiçikölçülü peyklər üçün mikropikselli silisium fotogücləndiriciləri əsasında yeni qamma və ionlaşdırıcı zərrəcik detektorlarının hazırlanmasına dair təqdimatla çıxış edib. F.Əhmədov 2015-2016-cı illərdə təklif etdikləri quruluş əsasında Koreyanın “NanoFab” Mərkəzində MSFD fotodiodların yeni nümunələrinin hazırlandığını deyib. O qeyd edib ki, bu fotodiodlar Yaponiyanın “Hamamatsu” şirkətinin son model məhsulları ilə müqayisə olunub və üstünlüyü ilə seçilib, bir sıra xarici ölkələrin tədqiqat mərkəzləri və istehsal şirkətləri tərəfindən maraqla qarşılanıb. Laboratoriya müdiri qeyd olunan fotodiodlar əsasında ionlaşdırıcı radiasiya detektorlarının hazırlanması zamanı zəruri hesab edilən tələbləri sadalayıb və MSFD fotodiodların tətbiq sahələri haqqında məlumat verib.
Sonra təqdimata dair müzakirə aparılıb.
Akademik İ.Quliyev gələcəkdə bu qəbildən məhsulların hazırlanması istiqamətində “Azərkosmos” ASC ilə birgə əməkdaşlıq imkanlarından söz açıb.
SETM-in rəhbəri F.Abdullayev layihənin strateji önəmini vurğulayaraq, onun icrası ilə bağlı məsələlərin yenidən nəzərdən keçirilməsinin və əsas diqqətin layihə çərçivəsində şirkətlərlə əlaqələrin qurulmasına yönəldilməsinin vacibliyini qeyd edib.
“Azərkosmos”ASC-nin sədri R.Nəbiyev qeyd olunan sahədə tədqiqatların dəstəklənməsinin zəruriliyini bildirərək bu istiqamətdə AMEA-nın təcrübəsinin öyrənilməsinin böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Tehsil-press.az