Azərbaycan Dövlət Neft və Sənaye Universitetində onlayn beynəlxalq seminar: HPC-nin tətbiqi perspektivləri

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində onlayn beynəlxalq seminar: HPC-nin tətbiqi perspektivləri Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) HPC (high performance computing – yüksək performanslı hesablama) sahəsində tərəfdaşı olan Hindistanın Müqəddəs Xavier Kolleci ilə (Kəlküttə) birgə “HPC-nin tətbiqi perspektivləri” mövzusunda onlayn beynəlxalq seminar keçirib.
Seminarda Müqəddəs Xavier Kollecinin rektoru Dominic Savio Azərbaycan xalqını möhtəşəm Qələbə münasibətilə təbrik edib və tədbirin işinə uğurlar arzulayıb.
ADNSU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov universitetin nəzdində fəaliyyət göstərən HPC mərkəzi barədə məlumat verib və təşkilatlar arasında növbəti əməkdaşlığın istiqamətləri haqqında danışıb.
Müqəddəs Xavier Kollecinin Beynəlxalq əlaqələr fakültəsinin dekanı Pançali Sen təmsil etdiyi ali məktəb haqqında məlumat verib.
Seminarın plenar iclaslarında ADNSU-nun professoru, HPC mərkəzinin elmi rəhbəri Araz Əliyev, universitetin dəvətli professoru, HPC üzrə mütəxəssis Ehsan Musəvi, Müqəddəs Xavier Kollecinin təmsilçiləri Ayan Çandra və Aşok Nat çıxış ediblər. Sessiya iclaslarında HPC-nin müxtəlif istiqamətləri üzrə məruzələr təqdim edilib.
Tədbirin sonunda “Azərkosmos” ASC-nin əməkdaşı İmran İbrahimli HPC mərkəzinin imkanları haqqında məlumat verib və peyk təsvirlərinin emalında HPC sistemlərinin vacibliyini qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər