“BİMD” (“Building İnformation Modelling Development”) şirkəti Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri üçün “Binanın informasiya modelləşdirilməsi” mövzusunda seminar keçirib.
Seminarda çıxış edən strateji inkişaf üzrə prorektor Ülkər Səttarova informasiya texnologiyalarının sürətli və dinamik inkişaf dövrü keçdiyini, bütün sahələrə, eləcə də tikinti sahəsinə yeniliklər gətirdiyini deyib. Prorektor binanın informasiya modelləşdirilməsi texnologiyalarından istifadənin, bu sahədə bilik və bacarıqların əldə olunmasının gələcəyin mütəxəssisləri üçün əhəmiyyətini diqqətə çatdırıb.
Şirkətin direktoru İlkin Qarayev çıxışında binanın informasiya modelləşdirilməsi və onun tikinti sahəsində rolundan danışıb. İnformasiya modelləşdirilməsinin binanın tikintisi, təchizatı, istismarının təmin edilməsi və təmirinə bir yanaşma olduğunu, ümumi inşaat prosesi zamanı bütün mühüm məlumatların 3D modelində saxlandığı, istifadə və idarə olunduğu kompleks bir həll olduğunu söyləyib.
Fəal diskussiya şəraitində keçən seminarın sonunda tələbələrin sualları şirkət nümayəndəsi tərəfindən cavablandırılıb, həmçinin mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Tehsil-press.az