Avropa Xəbər Agentliyinin İtaliya üzrə təmsilçisi “Eurasiaticanews” portalının rəhbəri, jurnalist Karlo Marino Azərbaycan Dillər Universitetinin (ADU) tərcümə fakültəsinin tələbələri ilə onlayn konfrans keçirib.
Konfransın mövzusu “Nizami Gəncəvi və italyan şair Françesko Petrarkanın əsərlərindəki sevgi anlayışı” olub.
İtalyan jurnalist Karlo Marino bildirib ki, Azərbaycanın görkəmli şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri ilə italyan şairi Françesko Petrarkanın (Arezzo/İtaliya 1304-1374) əsərlərindəki eşq anlayışının müqayisə edilməsinin açıq bir məntiqi var. Hər bir mütəfəkkir öz şairlik ənənəsi daxilində sevgi anlayışını təmsil edib.
K.Marino dahi Azərbaycan şairi Nizami Gəncəvinin zəngin yaradıcılığının öyrənilməsi və tanıdılmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Qeyd edək ki, bu il böyük Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bu münasibətlə Prezident İlham Əliyev yanvarın 5-də 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.
Tehsil-press.az