Gəncə Dövlət Universiteti “Erasmus+” proqramı çərçivəsində Akaki Tresteli Dövlət Universitetinin rəhbərlik etdiyi “Ombudsman vəzifəsi yaratmaqla tələbələrin təmsili təyin olunması” (AESOP: Advocacy Establishment for Students through Ombudsman Position) layihəsində tərəfdaş qismində fəaliyyətini davam etdirir.
Aprelin 3-dən 6-dək Vadym Hetman adına Kiyev Dövlət İqtisad Universitetində yerli tərəfdaşlar və avropalı ekspertlərlə görüş keçirilib.
Görüşün əsas məqsədi Kiyev Dövlət İqtisad Universitetinin Ombudsman ofisinin fəaliyyəti ilə tanış olmaq və onların həyata keçirdiyi təcrübələri öyrənməkdən və digər universitetlərdə mövcud vəziyyətin müzakirə edilməsi olub. Universitetdə Ombudsman ofisinin rəhbəri Bohdan Yarmolenkonun fəaliyyət planına dair təqdimatı iştirakçılar üçün maraqlı olub.
Görüşdə Gəncə Dövlət Universitetinin layihə üzrə işçi qrupunun üzvü İKT şöbəsinin müdiri Asif Həsənov və Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Mustafa Hüseynov iştirak ediblər.
Tədbirdə əməkdaşlar Gəncə Dövlət Universitetində yaradılan Ombudsman Mərkəzi, mövcud vəziyyət, layihə çərçivəsində həyata keçirdiklən digər işlər və fəaliyyət dövründə yaranan problemlər haqqında məlumat veriblər.
Görüşün yekununda layihə ilə bağlı gələcək fəakiyyət istiqamətləri müzakirə edilib, mövzu ətrafında geniş diskussiyalar aparılıb və tövsiyələr verilib.

GDU-nun Mətbuat Xidməti