Maliyyə-İqtisad Kollecində tələbələrin dərsə davamiyyəti 81,6 faiz təşkil edir

Maliyyə-İqtisad Kollecində tələbələrin dərsə davamiyyəti 81,6 faiz təşkil edir Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində videokonfrans formatında əyani və qiyabi şöbələr üzrə təhsil alan tələbələrlə görüşlər keçirilib.
Görüşlər vətənpərvərlik mövzusuna və cari semestrin imtahan sessiyasına həsr edilib.
Görüşlərdə kollecin direktoru Oruc Məmmədov 2020/2021-ci tədris ilinin yaz semestrində distant formada təşkil edilən tədris və təlim-tərbiyə prosesindən söz açıb. O, tələbələrin dərsə davamiyyətinin 81,6 faiz təşkil etdiyini bildirib, imtahan sessiyasına hazırlıq və imtahanların keçirilməsi qaydaları barədə danışıb.
Tələbələrə Vətən müharibəsində iştirak etmiş qəhrəman kollec tələbələri haqqında da geniş məlumat verilib. Şəhid Elşən İbrahimov və Miqdad Abduləlimovun əziz xatirələri yad edilib. Qazilərdən Ələkbər Abdullayev, Xəqani Səlimov, müharibə iştirakçıları Elxan Yunusov, Elgiz Ziyadov, Dadaş Qaçayev, Samir Əlibəyli və Ulubəy Tahirov döyüş yolları haqqında xatirələrini tələbələrlə bölüşüblər.
UNEC rektorunun kolleclər üzrə məsləhətçisi professor Nuru Mikayılov, kollecin tərbiyə işləri üzrə direktor müavini Murad Muradov, Həmkarlar İttifaqının sədri Alı Əliyev, şöbə müdirləri Nəzrin Quliyeva, İlham Abbasov və tələblər müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsindəki qələbəsindən danışıblar.

Tehsil-press.az


Oxşar xəbərlər