Folklor İnstitutunun təşkilatçılığı ilə “Aşıq Ələsgər: sazın sehri və sözün şöhrəti” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
"Zoom" platforması üzərindən onlayn formatda keçirilən və Aşıq Ələsgərin zəngin yaradıcılığının müxtəlif istiqamətlərinin tədqiqinə həsr edilmiş konfransı açılış nitqi ilə Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov açıb. O, dövlətimizin başçısının sərəncamı çərçivəsində təşkil olunan konfransın aktuallığına və əhəmiyyətinə diqqət çəkib, tədbirdə Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Ukrayna və Rusiyadan olan mütəxəssislərin iştirak etdiyini vurğulayıb. Akademik bildirib ki, aşıq sənətinin ən qüdrətli nümayəndələrindən biri olan Aşıq Ələsgərin yaradıcılığı aşıq sənətinin poetikası ilə yanaşı, genezisinin və tipologiyasının öyrənilməsinə də xeyli material verir. Müasir dövrümüzdə aşıq sənətinin ayrı-ayrı nümayəndələri, o cümlədən Aşıq Ələsgərin özü ilə bağlı öyrəniləcək çox məsələlər mövcuddur. Məsələnin ən sadə şəkli hesab edilən aşıq sənətində şifahi sənət və müəllif tərbiyəsi məsələsinin özü belə bu gün mübahisə predmeti olaraq qalmaqdadır. Akademik M.İmanov qeyd edib ki, ənənəyə təkcə məzmun baxımından deyil, həm də ifa tərzi baxımından qırılmaz tellərlə bağlı olan Aşıq Ələsgər özünün şifahi ənənə daxilində qüdrətli bir sənətkar olduğunu təsdiq edib, eyni zamanda müəllif fərdiyyətini də ortaya qoyub.
AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan Prezidentinin Aşıq Ələsgərin anadan olmasının 200 illiyi ilə bağlı Sərəncamı ölkəmizdə xalq ədəbiyyatına, aşıq sənətinə, milli-mənəvi dəyərlərimizə, bütövlükdə ədəbiyyatımıza, mədəniyyətimizə verilən böyük qiymətin və dəstəyin ifadəsidir və bu sərəncam üzərimizə mühüm vəzifələr qoyur. Akademik İsa Həbibbəyli Sovetlər İttifaqı çərçivəsində Aşıq Ələsgərə yalnız Azərbaycan hadisəsi kimi baxıldığını qeyd edib, Aşıq Ələsgərə təkcə Azərbaycan yox, bütün türk dünyası aşıq sənətinin böyük klassiklərindən biri kimi yanaşılmalı olduğunu vurğulayıb.
Konfransın plenar iclasında ilk çıxış Folklor İnstitutunun professoru Füzuli Bayatın “Aşıq sənəti kontekstində Aşıq Ələsgər qolu (məktəbi)” mövzusunda məruzəsi olub. F.Bayat folklorşünaslıqda mühit və məktəb terminlərinin çox işlədildiyini, bunun müsbət və mənfi tərəflərinin olduğunu qeyd edib. O, “aşıq qolu” terminini işlətməyi daha məqsədəuyğun hesab edərək bildirib ki, qol məsələsi bizdə çox araşdırılmamış ustad-şagird məsələsi ilə bağlıdır. Çünki aşıq sənətinin ötürülməsi, yaşadılması yalnız ustad-şagird probleminə, münasibətinə bağlıdır. Ustad-şagird ənənəsində aşıq sənətinin ötürülməsi bütövlükdə aşığın adı ilə bağlı olur. Aşıq Ələsgər qolu Aşıq Ələsgər ocağı ətrafında formalaşıb və bu qolun təsiri Naxçıvandan Türkiyənin Anadolu qisminə qədər keçib gedib.
Türkiyənin Ərzincan Binali Yıldırım Universitetinin professoru Əli Kafkasyalı isə “Dədə Qorqud ozan aşıq kimliyinin Dədə Ələsgərdə təcəllisi” mövzusunda məruzə edib. Məruzəsində Aşıq Ələsgər yaradıcılığına toxunan Ə.Kafkasyalı qeyd edib ki, ustad aşığın şeirlərində eşq, məhəbbət, varlıq real həyatın özüdür. Çıraqdan ustada bütün aşıqlar ondan güc alıb, aşığın sözündən, səsindən, sazından faydalanmağa çalışıblar. Aşıq Ələsgər ozan sənətini insan mərifəti ilə əlşatmaz zirvəyə yüksəldib və sadəcə ozanlıq, bilik və bacarığı ilə deyil, ilahi ilhamla bu sənəti daşıyıb və buna görə də xalq ona Dədə Ələsgər deyib. Professor Ə.Kafkasyalı aşığın şeirlərinin Yunus Əmrənin ilahiləri, Qaracaoğlanın türküləri kimi xalq tərəfindən sevilərək qəbul edilib, hafizələrə, könüllərə yol tapıb, dildən-dilə, qəlbdən-qəlbə keçərək günümüzədək gəlib çıxdığını vurğulayıb.
Ukraynanın Taras Şevçenko adına Kiyev Milli Universitetinin dosenti Tudora Arnaut “Qaqauz ədəbiyyatında nəzm janrlarının inkişafı və qaqauz şairlərinin əsərlərində Aşıq Ələsgərin izləri” adlı məruzəsində qaqauz ədəbiyyatındakı janrlara toxunub. Qeyd edib ki, qaqauzların türk dünyası, xüsusilə Azərbaycanla ortaq dastanları mövcuddur. Mənzum dastanların bir çoxuna qaqauz ədəbiyyatında da rast gəlinir. “Arzu və Qəmbər”, “Aşıq Qərib”, “Tahir və Zöhrə”, “Koroğlu” kimi dastanların variantlarına da qaqauz şifahi ədəbiyyatında təsadüf olunur. T.Arnaut çıxışı zamanı həm də Aşıq Ələsgərdən qaynaqlanan qaqauz şairlərinin yaradıcılığına diqqət çəkib, nümunələrlə fikrini əsaslandırıb.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən konfransa qatılan filologiya elmləri doktoru Xatirə Bəşirlinin “Aşıq sənətində Ələsgər mərhələsi” başlıqlı məruzəsi dinlənilib. O, Aşıq Ələsgərin özündən sonra böyük bir irs qoyub getdiyini diqqətə çatdırıb. X.Bəşirli qeyd edib ki, bunun başlıca səbəbi, Aşıq Ələsgərin aşıq şeirinin bütün növlərində yazması, eləcə də fitri istedadı ilə dövrünün digər aşıqlarından fərqlənməsidir.
Türkiyənin Kastamonu Universitetinin professoru Vüsalə Musalı isə “Aşıq Ələsgər yaradıcılığında əhli-beyt” mövzusunda məruzəsində Aşıq Ələsgər yaradıcılığında bəzən epizodik olaraq keçən və ya əhli-beytə həsr olunan şeirlərin təhlilinə yer verib. Professor V.Musalı qeyd edib ki, Azərbaycan aşıq ədəbiyyatının böyük nümayəndəsi olan Aşıq Ələsgərin əhli-beytlə əlaqəli şeirləri əsasən onunla bağlı müxtəlif rəvayətlərdə rastlanılır, lakin bu rəvayətlərin əksəriyyəti hələ də nəşrlərdə yer almayıb.
Plenar iclasından sonra konfrans öz işinə dörd bölmədə davam edib. İki gün davam edən konfransda qoyulan mövzu ətrafında 56 məruzə dinlənilib.
Tehsil-press.az