Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunan müsabiqə davam edir

Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunan müsabiqə davam edir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunan “Ələsgərəm, hər еlmdən halıyam” adlı müsabiqə davam edir.
Iki mərhələdən ibarət müsabiqə respublikada fəaliyyət göstərən orta ixtisas və ali təhsil müəssisələrinin aşıq sənəti (saz) ixtisası üzrə təhsil alan tələbələri arasında keçirilir.
Müraciətlərin son qəbul günü oktyabrın 1-dir. İştirakçılar çıxış proqramları və sənədlərini Mədəniyyət və İncəsənət Universitetinə [email protected] elektron ünvanına göndərməlidirlər.

Tehsil-press.az



Oxşar xəbərlər