Azərbaycan Texniki Universitetində (AzTU) “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” (UniClaD) layihəsi çərçivəsində pilot layihə icra olunur.
Layihə “Erasmus+KA2” proqramı çərçivəsində həyata keçirilir. Pilot layihənin icrasında əsas tərəfdaş kimi Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi də iştirak edir. Layihə çərçivəsində fərdi heyvandarlıq təsərrüfatlarında müxtəlif növ kənd təsərrüfatı heyvanlarının yemə olan illik tələbatı, həmin yemlərin istehsal edilməsi üçün tələb olunan əkin sahəsinin hesablanması üzrə kalkulyator işlənib hazırlanacaq və istifadəyə veriləcək. Yem kalkulyatoru fərdi ailə təsərrüfatları və kiçik fermer təsərrüfatlarının istifadəsi üçün nəzərdə tutulur. Yem kalkulyatoruna tələbi daha dəqiq müəyyən etmək məqsədilə sorğunun keçirilməsi də planlaşdırılır.
Layihə Azərbaycan Texniki Universiteti tərəfindən icra edilir. Layihənin icrasına magistratura və doktorantura tələbələri cəlb olunacaq.
Tehsil-press.az