Dendrologiya İnstitutunda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

Dendrologiya İnstitutunda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub İyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə AMEA Dendrologiya İnstitutunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tünzalə Zeyvəliyeva əlamətdar gün münasibətilə şagirdləri təbrik edib. Bildirilib ki, iyunun 1-nin Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilməsi 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə uşaqlara diqqət və qayğı ilə yanaşıb. Ulu Öndərin bu siyasəti Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir, bu sahədə çox böyük işlər görülür və tədbirlər həyata keçirilir.
İnstitutun elmi işçisi Aynur Hüseynova müəssisənin tarixi, fəaliyyət istiqamətləri, burada yaradılmış park-bağ barədə şagirdləri məlumatlandırıb. Bildirib ki, flora növlərinin sayına və yaşına görə Dendrologiya İnstitutu dünyanın ən zəngin kolleksiyaları səviyyəsindədir. O, şagirdlərə ölkəmizin zəngin florası, biomüxtəlifliyə təsir edən amillər, aqrobiomüxtəliflik və onun əhəmiyyəti, canlı aləmin təbiətdə və insan həyatında rolu, Qafqaz regionunun biomüxtəlifliyinin mühafizəsi və zənginləşdirilməsi ilə bağlı həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Sonda məktəblilər üçün müxtəlif mövzuları əhatə edən təlimlər, ekoloji oyunlar təşkil olunub.

Tehsil-press.az


Oxşar xəbərlər