Koronavirus pandemiyası nəticəsində Malayziyada avqustun sonlarında həyatını itirənlərin gündəlik sayı iki dəfə, bununla bağlı ümumi göstərici isə doqquz dəfə arta bilər.
Bu barədə “The Star” qəzeti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) elmi şurasının üzvü professor Adib Kamarulzamana istinadla məlumat yayıb.
Malayziya Səhiyyə Nazirliyinin məlumatına görə iyunun 2-də 126 nəfər koronavirusa görə həyatını itirib. Bu, sutkalıq ən yüksək göstərici hesab edilir.
Professorun sözlərini sitat gətirən qəzet yazır: “Koronavirus ürək-danar xəstəliklərindən sonra ölkədə ölümə səbəb olan ikinci xəstəliyə çevrilib”.
Səhiyyə Nazirliyinin baş direktoru Hişam Abdula bir neçə gün bundan əvvəl intensiv terapiya palatalarının optimal səviyyədə, adi palataların 85 faizinin, xüsusi izolyasiya mərkəzlərinin isə 65 faiz tutulduğunu bildirib. Onun sözlərinə görə, bundan sonra çarpayılar daha çox yaşamaq şansı olan xəstələrə veriləcək.
Malayziyada koronavirusla əlaqədar vəziyyət mayın əvvəllərində, ölkəyə Hindistan ştamı daxil olduqdan sonra pisləşib. Koronavirus pandemiyası başlayandan sonra bu ölkədə 587 min yoluxma qeydə alınıb, həyatını itirənlərin sayı isə 3 minə çatıb.
Tehsil-press.az