Azərbaycan Texniki Universiteti ilə “Smart Home” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan Texniki Universiteti ilə “Smart Home” arasında əməkdaşlıq müqaviləsi imzalanıb Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Smart Home” MMC arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Müqaviləyə əsasən universitetin fakültələrinin bakalavr və magistr tələbələri MMC-də istehsalat təcrübəsi keçəcək. Eyni zamanda, “Smart Home”un əməkdaşları üçün AzTU-da ixtisasartırma kursları təşkil ediləcək.
Əməkdaşlıq çərçivəsində elmi-texniki, innovativ yeniliklərin tətbiqi, tələbələr arasından müasir əmək bazarının tələblərinə uyğun kadrlar hazırlanması, gənc startapçıların layihələrinə dəstək göstərilməsi də həyata keçiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər