
Sənədi rektor Vilayət Vəliyev və MMC-nin prezidenti Hikmət Abdullayev imzalayıblar. Tərəflər “Ağıllı təhsil” proqramının layihələndirilməsi və tətbiqi, AzTU məzunlarının, həmçinin universitetin müxtəlif fakültələrinin bakalavr və magistr səviyyələrində təhsil alan tələbələrin şirkətdə işlə təmin edilməsi, birgə elmi-tədqiqat laboratoriyalarının yaradılması ilə bağlı razılığa gəliblər.
Qeyd edək ki, AzTU-nun istedadlı tələbə və məzunlarının startap layihələri “İdrak Texnoloji Transfer" MMC tərəfindən dəstəklənir.
Tehsil-press.az