Təhsil Nazirliyində əcnəbi tələbələrə Xocalı faciəsi haqqında məlumat verilib

Təhsil Nazirliyində əcnəbi tələbələrə Xocalı faciəsi haqqında məlumat verilib Təhsil Nazirliyində ölkəmizin ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin iştirakı ilə Xocalı faciəsinə həsr olunan tədbir keçirilib.
Tədbirdə əcnəbi tələbələrə işğalçılıq siyasəti aparan qəsbkar ermənilərin Azərbaycanın şəhər və rayonlarında, xüsusilə Xocalıda törətdikləri qanlı faciələr haqqında ətraflı məlumat verilib. Eyni zamanda, əslən Xocalıdan olan, Corc Vaşinqton Universitetinin magistri, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimi Nərmin İbrahimova və ABŞ-ın Sirakuz Universitetinin fəlsəfə doktoru, ADA Universitetinin müəllimi Gülməmməd Məmmədovun yaddaş hekayəsi dinlənilib.

Tehsil-press.az

Oxşar xəbərlər