Bakı Dövlət Universitetində (BDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş “Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və inkişafında Heydər Əliyevin rolu” mövzusunda onlayn beynəlxalq elmi konfrans öz işinə başlayıb.
Konfransdan əvvəl universitet kollektivi Fəxri xiyabanda ümummilli lider, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüb. Sonra BDU-da Ulu Öndərin büstü önünə gül çələngi qoyulub.
Konfransın plenar iclasını giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı, müstəqilliyimizin qorunması və milli dövlətçiliyimizin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. O bildirib ki, 1993-cü ilin iyun ayında ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycanda müstəqilliyin, suverenliyin qorunması, ölkədə ictimai-siyasi sabitliyin bərpa edilməsi mümkün olub.
Rektor Elçin Babayev ümummilli lider Heydər Əliyevin uğurlu uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dünyanın inkişaf edən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətə çevrildiyini, yeni iqtisadi uğurlara imza atdığını qeyd edib. Bildirib ki, Heydər Əliyevin ölkənin müasir tarixində ən böyük xidmətlərindən biri onun Azərbaycanın intibahının əsasını qoymasıdır. Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun qorunub saxlanılması, inkişafı, ölkəmizdə sabitlik və həmrəyliyin təmin olunması bilavasitə Ulu Öndərin adı ilə bağlıdır. Rektor Ulu Öndərin milli inkişafın yeganə yolunu xalqın yüksək təhsil almasında, maariflənməsində gördüyünü, respublikada elmin inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirdiyini qeyd edib. Vurğulayıb ki, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü məhz onda idi ki, o, bütün fəaliyyəti boyu bu sahələrə diqqət və qayğısını əsirgəməmiş, cəmiyyətdə yüksək bilikli, intellektual təbəqənin formalaşmasına çalışmışdır. “Təhsil millətin gələcəyidir”,- deyən Heydər Əliyev BDU-nun məzunu olmağı ilə fəxr etdiyini dəfələrlə vurğulayıb. Ulu Öndərin universitetdə təhsil illəri, habelə sonralar bu təhsil ocağı ilə sıx əlaqələri BDU-nun şanlı tarixinin mühüm bir mərhələsini təşkil edir.
Elçin Babayev Vətən müharibəsində şanlı qələbəmizin əsasını təşkil edən xalq-iqtidar birliyinin təməlinin məhz Ulu Öndərin hakimiyyəti illərində qoyulduğunu vurğulayıb. Bildirilib ki, Ulu Öndərimizin axıra çatdırmaq istədiyi ən taleyüklü məsələ doğma torpaqlarımızın azad edilməsi idi. Müqəddəs ata vəsiyyətini şərəflə yerinə yetirən Prezidentimiz, yenilməz sərkərdəmiz İlham Əliyev Müzəffər ordusu, məğrur xalqı ilə birlikdə 44 günlük Vətən müharibəsində qazandığımız parlaq qələbə ilə xalqımızın başını dünya durduqca uca, Ulu Öndərimizin müqəddəs ruhunu əbədi olaraq şad etdi.
Konfransda çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, BDU-nun Politologiya və sosiologiya kafedrasının müdiri, professor Əli Əhmədov görkəmli siyasi xadim Heydər Əliyevin dövlət quruculuğu, daxili və xarici siyasət istiqamətindəki fəaliyyəti ilə bağlı məruzə edib. Professor Əli Əhmədov qeyd edib ki, ulu öndər Heydər Əliyev ölkə iqtisadiyyatını dirçəldib, Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevirib, respublikanın inkişafına hesablanmış neçə-neçə iri layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməlini qoyub. Azərbaycanda ayrı-ayrı sahələrin inkişafında Heydər Əliyevin nişanələri, müəyyənləşdirdiyi siyasət özünü göstərir. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət, dəyərlər, strategiya Azərbaycan xalqına xidmət edir. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafı və tərəqqisi ilə bağlı fikirləri, ideyaları onun layiqli davamçısı ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, BDU-nun Konstitusiya hüququ kafedrasının müdiri, professor Ziyafət Əsgərov “Heydər Əliyev və hüquqi dövlət quruculuğu”, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti, Ukrayna Ali Radasının beynəlxalq əlaqələr komitəsinin sədri, professor Aleksandr Mereşko “Razvitie strateqiçeskoqo partnerstva mejdu Ukrainoy i Azerbaydjanom”, Ukrayna Elmlər Akademiyasının həqiqi üzvü, professor Oleq Zayçuk “Qeydar Aliyev i azerbaydjano-ukrainskoe sotrudniçestvo v nauçno-pedaqoqiçeskoy sfere”, Milli Məclisinin deputatı, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərov “Türk-müsəlman dünyasının böyük lideri Heydər Əliyev”, Ukrayna Vergi Xidməti Milli Universitetinin professoru Leonid Timçenko “Obşenaçionalnıy lider azerbaydjanskoqo naroda – Qeydar Aliyev bolşoy druq Ukrainı”, Türkiyə Kastamonu Universitetinin Elm və sənəd idarəçiliyi fakültəsinin dekan yardımçısı, dosent Güler Demir “Türkiye-Azerbaycan ilişkilerinin kurulmasında Ulu Önder Haydar Aliyevin hizmetleri”, Əl-Fərabi adına Qazaхıstan Milli Universitetinin professoru Aron Salimqerey “Azerbaydjano-kazaxstanskie otnoşeniya: ot partnerstva mejdu Kazaxskim naçionalnım universitetom Al-Farabi i Bakinskom qosudarstvennım universitetom k strateqiçeskomu sotrudniçestvu”, BDU-nun Tarix fakültəsinin professoru İbrahim Zeynalov “1969-1982-ci illərdə Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatında başlayan intibah müstəqilliyə aparan başlanğıcdır”, BDU-nun Azərbaycan tarixi kafedrasının müəllimi Anar Həmidovun “Ulu öndər Heydər Əliyevin Azərbaycan SSR-də hərb təhsilinin inkişafında rolu” mövzusunda məruzə ilə çıxış ediblər.
Konfrans öz işini bölmə iclasları ilə davam etdirir.
Tehsil-press.az