Samirə Yunanıstanın məşhur mükafat gecəsində - Video

Samirə Yunanıstanın məşhur mükafat gecəsində - Video Azərbaycanı “Mata Hari” mahnısı ilə “Avroviziya”da təmsil edən Samirə Əfəndi Yunanıstandadır.
Sənətçi bir neçə gün bundan əvvəl Afina şəhərinə yollanıb. Buna səbəb ifaçının nüfuzlu “Mad Video Music Awards -2021” mərasimində səhnə almasıdır.
Mad TV tərəfindən təşkil olunan gecəyə hər il “Avroviziya”da yer alan müğənnilər dəvət olunur. Bu il yunanların seçimi Əfəndi olub.
O, səhnədə populyar yunan ifaçı Jozefina ilə yarı yunan, yarı ingilis dilində “Mata Hari” mahnısını səsləndirib. Onun libasını isə məşhur yunan dizayner Selena Kritariti hazırlayıb.
Samirə mükafat gecəsindən əvvəl Open TV-də yayımlanan “Xoşbəxt” adlı səhər şousunda çıxış edib. Müğənni Yunanıstana ilk dəfə getdiyini və bu səfərin sonuncu olmayacağına ümid etdiyini bildirib.



““Mata Hari”nin Yunanıstanda çox dinlənilməsinə sevinirəm və yunan pərəstişkarlarına daha çox sevinc bəxş etmək istəyirəm”, - deyə Samirə əlavə edib.
Yarışmada tutduğu mövqeyə gəlincə, Samirə 20-ci yerlə razılaşmadığını söyləyib, həmçinin mahnıları hit olduğu təqdirdə Kipr və Yunanıstanın geridə qaldığını qeyd edib.
Daha sonra Jozefina ilə Samirə görüşərək məşq ediblər. Yunan ifaçı onunla fotosunu instaqramda paylaşaraq xoşbəxt olduğunu vurğulayıb.

Tehsil-press.az



Oxşar xəbərlər