Samirənin norveçli ilə sevgi hekayəsi... - Video

Samirənin norveçli ilə sevgi hekayəsi... - Video Azərbaycanın “Avroviziya” təmsilçisi Samirə Əfəndi ilə Norveçdən olan TIX-in sevgi hekayəsindən bəhs edən videoçarx hazırlanıb.
Video beynəlxalq müsabiqənin rəsmi yutub hesabında yerləşdirilib.
“Bir “Avroviziya” əfsanəsi” başlıqlı çarxda Samirə və TIX-in bir-birinə etdiyi jestlər, verdikləri hədiyyələrin görüntüləri əks olunub.
Həmçinin, TIX-in tərcümə proqramlarından istifadə edərək sözləri Azərbaycan dilinə çevirməsi və Samirəyə yazması diqqətdən yayınmayıb.
Həmin kadrlarda Əfəndinin müsabiqədəki ifasına da yer verilib.
Qeyd edək ki, norveçli sənətçi ötən ildən Əfəndiyə sevgi etirafları ilə gündəmə gəlib. O, bir neçə gün əvvəl Samirə ilə görüşüb.
Ötən gün isə TIX Samirənin qarşında diz çökərək mahnı ifa edib. Onların sevgi macəralarına Avropa mətbuatı xüsusi diqqət ayırır.



Tehsil-press.az


Oxşar xəbərlər