BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində növbəti elmi seminar

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində növbəti elmi seminar Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində növbəti onlayn elmi seminar keçirilib.
Seminarda Torpaqşünaslıq kafedrasının torpağın ekoloji monitorinqi və qorunması ixtisaslaşması üzrə magistrantı Raisa Babayeva “Abşeron rayonu torpaqlarının CİS əsasında ekoloji qiymətləndirilməsi” və aqrokimya ixtisaslaşması üzrə magistrantı Rəşidə Şükürova “Kompost və mineral gübrələrin pambıq bitkisinin inkişafına təsiri” mövzusunda məruzə ediblər. Məruzələrdə pambıq bitkisinin böyüməsinə gübrələrin təsirindən, kompost və digər üzvi gübrələrlə birlikdə mineral gübrələrin tətbiqinin pambıq bitkisinin inkişafına təsirinin nəticələri, Abşeron rayonu torpaqlarının aqroistehsalat qruplaşması göstərilib, neftlə çirklənmənin CİS əsasında ekoloji qiymətləndirilməsi haqqında məlumat verilib.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.
Seminarda Ekologiya və torpaqşünaslıq fakültəsinin professor-müəllim heyəti, doktorantlar, magistrantlar və fakültənin əməkdaşları iştirak edib.

Tehsil-press.az


Oxşar xəbərlər