"Dünyanın ən inkişaf etmiş ölkələrində mediaya dəstək məqsədilə on milyonlarla dollar vəsait ayrılır"

"Dünyanın ən inkişaf etmiş ölkələrində belə mediaya maddi dəstək verilir. Avropanın elə bir dövləti var ki, il ərzində on milyonlarla dollar mətbuata dəstək olur. Müasir dövrdə mediaya dəstək zəruridir və çox vacibdir. Azərbaycanda bu gün mediayaya maddi dəstəyin olunmasını birbaşa dəstəkləyirik. Xüsusən də qəzet və online mediayaya."
Bu fikirləri ölkənin tanınmış televiziya aparıcısı, QHT sədri, BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirib:
"Mehman Əliyevin özü bu günə qədər yüz minlərlə dollar Qərbdən və Avropa təşkilatlarından maliyyə vəsaiti alıb. Və digər media orqanları da həmçinin. Bütün bunlar yaxın gələcəkdə baş vermiş hadisədir. Nümunə də göstərə bilərəm, İsveç hökuməti təkcə 2020-ci ilin ilk 6 ayı ərzində ölkə KİV-lərinə 200 milyon SEK (təxminən 18 milyon avro) maddi yardım ayırıb. Ölkənin mədəniyyət naziri bildirib ki, "Ənənəvi KİV-lərə maddi dəstək verilməsi təkcə medianın yaşaması üçün deyil, həm də vətəndaşların keyfiyyətli xəbərlər almaları üçün vacibdir. Bu, demokratiya üçün müsbət haldır". Yaxud da Norveç, Danimarka kimi ölkələrdə
milyon avroluq maliyyə ayrılıb. Avropa ölkələrində KİV-ə dövlət dəstəyi proqramları ATƏT-in media komissarının 2020-ci il 3 May Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə yayımlanan məruzəsində də alqışlanır, "pandemiya səbəbindən çətinlik çəkən mediaya maddi cəhətdən dəstək olmaq" üçün dövlətlərə çağırış edilir.
Yəni, müasir dövrdə Avropa ölkələrində Mehman Əliyevdən başqa heç kimsə dövlətlərin KİV-lərə maddi dəstək proqramları icra etmələrini "KİV-ləri nəzarətə götürmək siyasəti" kimi şərh etmir. Əksinə, bu proqramlara demokratik mühitin inkişaf etdirilməsi, keyfiyyətli informasiyanın təmin olunması kimi təqdim olunur. Bu yaxlnlarda Media İnkişaf Agentliyinin onlarla qəzet və saytlara maliyyə ayırması çox müsbət haldır və bu hadisə ölkəmizdə media sektorunun inkişafına yaxın dəstək olacaq. Xüsusən də yeni yaranmış saytlara. Mediayaya bütün hallarda dövlət dəstəyinin davamlı xarakterli olması arzu olunandır."

Tehsil-press.az

Oxşar xəbərlər