Dövlət İmtahan Mərkəzi (DİM) və Cito - Niderland Milli Təhsil İnstitutu arasında təhsildə qiymətləndirmə sahəsində institusional inkişafın artırılması istiqamətində əməkdaşlığın genişləndirilməsi məqsədilə anlaşma memorandumu imzalanıb.
Memoranduma əsasən, DİM və Cito aşağıdakı istiqamətlər üzrə əməkdaşlıq etməyi razılaşdırıblar:
1. Təhsilin qiymətləndirilməsi, kompüter əsaslı imtahanların təşkili, psixometrik test, səriştə əsaslı qiymətləndirmə, tələbə izləmə sistemləri kimi sahələrdə öyrənmə və inkişaf təşəbbüslərini həyata keçirmək;
2. Təhsildə qiymətləndirmə mütəxəssislərinin və təlimçilərinin hazırlanmasına, inkişafına və sınaq zamanı keyfiyyət təminatı mexanizmlərinə dəstək olan ortaq tərəfdaşlıq proqramlarını reallaşdırmaq;
3. Azərbaycanda və Avrasiya bölgəsində təhsilin qiymətləndirilməsi sahəsində birgə regional təşəbbüsləri artırmaq;
4. Təhsilin qiymətləndirilməsində əməkdaşlığın əlaqəli olduğu və əlavə dəyər yaradan yeni təşəbbüslərlə bağlı məlumatları müntəzəm olaraq qarşılıqlı şəkildə paylaşmaq.
Qeyd edək ki, Cito ilə DİM arasında əməkdaşlığa DİM-in sələfi olan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəaliyyəti dövründən başlanılıb. Belə ki, o zaman TQDK bilik və bacarıqların qiymətləndirilməsi sahəsində dünya təcrübəsindəki qabaqcıl, müsbət və mütərəqqi olan meyarları, standartları öyrənmək, bunlardan yaradıcı surətdə bəhrələnmək, daha səmərəli və optimal olanlarını ölkəmizə gətirib mövcud reallıqları nəzərə almaqla tətbiq etmək məqsədilə təhsildə qiymətləndirmə sahəsində aparıcı beynəlxalq qurumlarla, o cümlədən Cito ilə sıx əlaqələr yaratmışdı.
2009-cu ilin sentyabr ayında TQDK-nın “Yoxlama-ölçmə materiallarının işlənməsi” və “Magistratura üzrə yoxlama-ölçmə materiallarının işlənməsi” şöbələrinin əməkdaşlarından ibarət işçi qrupu Niderlanda səfər edərək Cito nümayəndələri ilə görüşüb, aşağıda qeyd olunan məsələlər barədə müzakirələr və təcrübə mübadiləsi aparıblar:
·müasir test nəzəriyyəsi (IRT) və onun tətbiqi;
· adaptiv test;
· kompüter vasitəsilə test (multimedia, simulyasiya);
· Hollandiyanın təhsil sistemi;
· orta təhsil səviyyəsində monitorinq;
· test bankı sistemi.
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin rəhbərlik etdiyi nümayəndə heyəti 2018-ci il noyabrın 7-10-da Niderland Krallığının Arnhem və Nijmegen şəhərlərində Cito-nun təşkilatçılığı ilə keçirilən Təhsilin Qiymətləndirilməsi üzrə Avropa Assosiasiyasının (AEA-Europe) 19-cu illik konfransında iştirakı zamanı əməkdaşlıq sahələrinə yeni körpülər atılıb və hətta DİM həmin konfransın tərəfdaş təşkilatlarından biri olub.
2019-cu il sentyabrın 22-27-də DİM-in təşkilatçılığı ilə keçirilən Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransı (IAEA 2019) zamanı Cito-nun təmsilçisi Niko Diteren “XXI əsrin funksional savadlılığına uyğun olaraq təhsildə və qiymətləndirmədə dayanıqlı keçidə nail olmaq üçün təlimlərin təşkil olunması” mövzusuna həsr edilmiş praktik məşğələ keçirib.
IAEA 2019 konfransından sonra DİM və Cito əməkdaşları arasında PISA tipli tapşırıqların yazılmasına dəstək göstərilməsində və tapşırıqların qiymətləndirilməsinə dair bacarıq və standartların inkişaf etdirilməsinə dair müzakirələr mütəmadi olaraq aparılır. 2021-ci ildə qeyd edilən istiqamətlər üzrə mütəxəssislərin peşəkar inkişafı üçün təlim modulları hazırlanıb və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə təlimlərin yaxın vaxtlarda həyata keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, layihə təklifi Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən hazırlanıb. Sərəncamdan irəli gələn məsələlər çərçivəsində cəmiyyətin inkişafının təminatçısı olan ümumi təhsilin gücləndirilməsi üçün təhsil sistemində gedən modernləşmə davam etdirilməli, məzmun islahatları dərinləşməli, inteqrativ tədris təcrübəsi inkişaf etdirilməlidir. Bu əsasda ölkənin beynəlxalq qiymətləndirmələrdə (PISA, PIRLS, TIMSS, ICILS) mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına nail olunmalıdır.
Tehsil-press.az