“Virtual BİR mən” layihəsi çərçivəsində “Vətənpərvərlik” mövzusunda onlayn görüş

“Virtual BİR mən” layihəsi çərçivəsində “Vətənpərvərlik” mövzusunda onlayn görüş Təhsil Nazirliyinin “Bir” tələbə-könüllü proqramının təşkilatçılığı ilə keçirilən “Virtual BİR mən” layihəsi davam edir.
Layihənin əsas məqsədi tələbə-könüllülərin asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaradılması, bilik, bacarıqlar və dünyagörüşlərinin artırılması və şəxsi inkişaflarının təmin olunmasıdır. “Vətənpərvərlik” mövzusunda keçirilən növbəti onlayn görüşdə Azərbaycan ordusunun zabiti, Aprel döyüşlərinin iştirakçısı, II qrup Qarabağ əlili Əhliyət Mehdiyev və ehtiyatda olan baş gizir, II qrup Qarabağ əlili Elşən Cəbiyev iştirak edib. Görüşə 150-dən çox tələbə-könüllü qatılıb, vətənpərvərlik, qəhrəmanlarımız və tələbələrin bu istiqamətdə sosial şəbəkələrdə fəal olması barədə danışılıb, həmçinin tələbə-könüllülərin sualları cavablandırılıb.
Xatırladaq ki, Təhsil Nazirliyi “Bir” tələbə-könüllü proqramı milli könüllü platforması kimi 24 mindən çox üzvə malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli keçirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 550-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. Tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər