Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin növbəti beynəlxalq uğuru

Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin növbəti beynəlxalq uğuru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Estrada sənəti kafedrasının tələbələri Litvada keçirilən “Sonat of the stars” XX beynəlxalq vokal müsabiqəsində uğur qazanıblar.
20 ildir Litvada keçirilən müsabiqədə iştirakçılar 5 nominasiya üzrə (dünya hiti, klassik vokal, ana dilində mahnı, bahar nəğməsi, kinofilmlər və müzikl mahnıları) mübarizə aparırlar.
Müsabiqədə Türkay Məlikova “Ana dilində mahnı” nominasiyasında Arif Məlikovun “Mavi dəniz”, Sərvər Yılmaz isə “Dünya hiti” nominasiyasında Elvis Preslinin repertuarından “I need love tonight” mahnısını ifa edərək finala vəsiqə qazanıb və III yerin laureatları olublar.
Hər iki iştirakçının müəllimi professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, ADMİU-nun Estrada sənəti kafedrasının müdiri Məryəm Babayevadır.

Tehsil-press.az



Oxşar xəbərlər