Tələbələr “166 Global Logistics” MMC-nin fəaliyyəti ilə tanış olub

Tələbələr “166 Global Logistics” MMC-nin fəaliyyəti ilə tanış olub Azərbaycan Texniki Universiteti (AzTU) ilə “166 Global Logistics” MMC arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının professor-müəllim heyətinin müşayiəti ilə bir qrup tələbə şirkətin fəaliyyəti ilə tanış olub.
Tələbələrə servisin təşkili və iş prinsipləri haqqında geniş məlumat verilib. Eyni zamanda, tələbələr "166 Global Logistcs" şirkətinin əməkdaşları tərəfindən keçirilən daxili sertifikatlaşdırma proqramının təlimində də iştirak ediblər.
Görüşdə şirkət əməkdaşları ilə Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının müəllim-tələbə heyəti arasında geniş təcrübə və fikir mübadiləsi aparılıb, təkliflər verilib, tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, AzTU ilə "166 Global Logistics" MMC arasında ortaq logistik-akademik fəaliyyətin başladılmasını nəzərdə tutan əməkdaşlıq müqaviləsi mövcud qanunvericiliyə və tərəflərin öz nizamnamələrinə uyğun olaraq hazırlanıb.

Tehsil-press.az

Oxşar xəbərlər