Bakı Dövlət Universiteti müəlliminin “Azərbaycanca-farsca şəkilli lüğət” kitabı çapdan çıxıb

Bakı Dövlət Universiteti müəlliminin “Azərbaycanca-farsca şəkilli lüğət” kitabı çapdan çıxıb Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin İran filologiyası kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Familə Nəcəfovanın “Azərbaycanca-farsca şəkilli lüğət” kitabı nəşr edilib.
Müəllifin uzunmüddətli zəhmətinin məhsulu olan şəkilli lüğət ölkə miqyasında bu formatda ilk Azərbaycanca-farsca lüğət olmaqla yanaşı, nəfis tərtibatı, mövzularının əhatəliliyi baxımından seçilir. Fars dilində söz ehtiyatının zənginləşdirilməsi prosesində sözün mənasının beyində təsəvvürünün yaradılması və nəticə olaraq anlayıb-qavrama vərdişlərinə nail olmaq məqsədilə tərtib edilmiş 240 səhifəlik lüğətə 143 mövzuda olmaqla 4300 söz, 100-ə yaxın söz birləşməsi və cümlə daxildir.
Kitabda fars dilində olan sözlərin transkripsiyaları da verilib.

Tehsil-press.az


Oxşar xəbərlər