ADNSU-da informasiya texnologiyaları kurslarının seçim mərhələsi başlanıb

ADNSU-da informasiya texnologiyaları kurslarının seçim mərhələsi başlanıb “Peşə öyrən, işsiz qalma!” devizi ilə həyata keçirilən “Peşəkar” layihəsi çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) nəzdində təsis edilən İsrail-Azərbaycan Təlim Mərkəzi ilə birgə təşkil olunan informasiya texnologiyaları kurslarının seçim mərhələsi başlanıb. Bu mərhələdə namizədlərlə ilkin tanışlıq olub, layihədən istək və gözləntilər barədə söhbət aparılıb.
Seçim mərhələsində 31 nəfər şəhid ailəsi üzvü və Vətən müharibəsi qazisi iştirak edib. Layihəyə müraciət edən şəxslər peşə bacarıqlarının müəyyənləşdirilməsi məqsədilə baza təlimlərinə cəlb olunacaq. Daha sonra isə 6 aylıq kurs müddətində benefisiarlara informasiya texnologiyaları sahəsi üzrə müvafiq biliklər öyrədiləcək.
Kursu müvəffəqiyyətlə bitirən şəxslərə İsrail-Azərbaycan Təlim Mərkəzi tərəfindən müvafiq beynəlxalq səviyyəli sertifikat veriləcək və layihə çərçivəsində tərəfdaşlar tərəfindən onların işlə təmin olunmalarına dəstək göstəriləcək.
Kurslar Dövlət Məşğulluq Agentliyinin sifarişi əsasında ADNSU nəzdində təsis edilən İsrail-Azərbaycan Təlim Mərkəzində təşkil ediləcək.

Tehsil-press.az



Oxşar xəbərlər