“Bitkiləri öyrənirəm” seriyasından ilk kitab nəşr olunub

“Bitkiləri öyrənirəm” seriyasından ilk kitab nəşr olunub Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin 2021-ci il məzunu Dürdanə Rəcilinin müəllifi olduğu “Bitkiləri öyrənirəm” seriyasından ilk kitabı nəşr olunub.
Kitabda pomidor haqqında maarifləndirici və faydalı məlumatlar toplanıb. Nəşrdə bələdçi dost vasitəsilə uşaqlarda təbiətə maraq yaratmaq və canlı aləm mövzusunda onların biliklərini artırmaq üçün məlumatlar təqdim olunur. Pomidorun faydaları, tarixçəsi kimi öyrədici bölmələrlə yanaşı “Rəngləmə”, “Sağlam əyləncə” bölmələri uşaqların əyləncəli vaxt keçirməsi üçün nəzərdə tutulub.
Kitabda, həmçinin pomidorun yetişdirilməsi və eləcə də inkişaf mərhələləri haqqında məlumat əldə etmək olar. “Bitkiləri öyrənirəm” seriyası üzrə Dürdanə Rəcilinin müəllifliyi ilə gələcəkdə nəşr olunacaq kitablar biologiya elminin digər sahələrini əhatə edəcək və müxtəlif xarici dillərə tərcümə olunacaq.
Nəşrdəki rəsmlərin müəllifi Biologiya fakültəsinin IV kurs tələbəsi Məhəmmədəli Məmmədlidir.

Tehsil-press.az



Oxşar xəbərlər