Afrikada COVID-19-a yoluxma ən çox bu ölkələrdədir

Afrikada COVID-19-a yoluxma ən çox bu ölkələrdədir Afrikada koronavirusa yoluxanların sayı 7 milyonu ötüb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) regional nümayəndəliyi bildirib.
Məlumata əsasən, indiyədək Afrikada koronavirusa 7 054 430 nəfər yoluxub. Onlardan 178 243-ü vəfat edib, 6,1 milyondan çox insan sağalıb.
Qeyd edilir ki, ən çox yoluxma və ölüm halları Cənubi Afrika Respublikasında (2 540 222 və 75 012), Tunisdə (613 628 və 21 089), Misirdə (284 789 və 16 582) qeydə alınıb.

Tehsil-press.az



Oxşar xəbərlər