Ümummilli lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətik”, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” tezislərinin davamı olaraq Prezident İlham Əliyevin “Bir millətin iki diasporu ola bilməz” fikri iki dost, qardaş Azərbaycan və Türkiyənin birliyinin aydın mənzərəsini yaradır. Bu dostluğun təməli Ümummilli Lider tərəfindən qoyulub, hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən daha da möhkəmləndirilir, yeni istiqamətlər üzrə inkişaf etdirilir. Prezident İlham Əliyev bu günlərdə Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolas Piperiqkosu qəbul edərkən Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda baş verən gərginlikdən narahatlığını ifadə etməklə yanaşı, Türkiyənin Azərbaycana təkcə dost və tərəfdaş deyil, həm də qardaş ölkə olduğunu, heç bir tərəddüd etmədən onu dəstəklədiyimizi və bütün hallarda dəstəkləyəcəyimizi bildirdi. Onu da xüsusi qeyd etdi ki, biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Prezident İlham Əliyev bu fikirləri ilə həm də dünyaya mesaj ünvanlayır: “Bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi keçmişi olduğunu, bu münasibətlərin gündən-günə inkişaf etdiyini önə çəkən Vüqar Rəhimzadə bildirib ki, iki dost ölkə arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir: “Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi bölgədə sülhün, təhlükəsizliyin qarantıdır. Hər iki dövlətin qətiyyəti, siyasi iradəsi əsasında reallaşan enerji layihələri dünyanın enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfə, ölkələr, xalqlar arasında dostluq körpüsüdür. Türkiyə və Azərbaycan eyni köklər üzərində böyüyən ulu bir çinarın budaqları kimi dəyərləndirilir. Həmin çinarın kölgəsi birgə həyata keçirilən layihələrlə bu gün Qafqazdan Avropayadək bir çox ölkəyə qədər uzanır. Bu birlik onu təsdiqləyir ki, qarşılıqlı anlaşma əsasında ortaq hədəflərə doğru həmrəyliklə hərəkət etdikdə regional və qlobal sabitliyə, əmin-amanlığa böyük töhfə vermək mümkündür. Bu gün Azərbaycan-Türkiyə mənzərəsi dünyaya ölkələrin öz maraqlarını, iqtisadi sabitliklərini təmin etmələrinin yolunun müharibələr aparmaqdan yox, həmrəylikdən, rəqabətlilik mühitindən, güclü əməkdaşlıqdan keçdiyini çox aydın şəkildə ortaya qoyur. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkə olaraq Türkiyə daim Azərbaycanın yanındadır, rəsmi Ankara “Biz beynəlxalq ictimaiyyətin Qarabağ məsələsi başda olmaqla dünyada ortaya çıxan haqsızlıqlara “Dur!” deməsini gözləyirik” bəyanatını səsləndirməklə bu reallığı da təsdiqləyir ki, sabitliyin, əmin-amanlığın, rifahın təmin olunması qaydaları istisnasız bütün dövlətlər üçün tətbiq edilməzsə, kimsə gələcəyinə əminliklə baxa bilməz. Prezident Rəcəb Tayyib Ərdoğan bu əminliyi ifadə edib ki, Türkiyə və Azərbaycan olaraq biz istənilən vəziyyətdə və şərtlər altında inandığımız dəyərlər uğrunda apardığımız birgə mübarizəni davam etdirəcəyik. Allahın izni ilə bu müqəddəs mübarizəmizdə müvəffəqiyyət qazanacağıq”.
V.Rəhimzadə bütün istiqamətlərdə uğurlu əməkdaşlığa imza atan Azərbaycan və Türkiyənin mətbuat sahəsində də birgə fəaliyyətinin önəminə diqqəti yönəltmiş, bu günlərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Türkiyəyə səfərindən bəhs edərək bildirib ki, Azərbaycan nümayəndə heyətinin bu səfərinin əsas məqsədi Azərbaycanla Türkiyə arasında birgə media platforması yaratmaq, xəbər, mütəxəssis və fikir mübadiləsini həyata keçirmək, o cümlədən hər iki ölkənin sosial media vasitəsilə dünyada daha yaxından tanıdılmasını genişləndirməkdir. Səfər çərçivəsində Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun, bir sıra dövlət və media qurumlarının rəhbər şəxsləri ilə keçirilən görüşlərdə bir daha vurğulanıb ki, hər iki ölkənin dövlət və özəl media qurumlarının yaxın əməkdaşlığı bu əlaqələrin daha da güclənməsinə əhəmiyyətli dərəcədə fayda verəcək. Türkiyə ilə Azərbaycan arasında media əlaqələrinin, ictimai diplomatiya sahəsində əməkdaşlığın genişləndirilməsinin, bu sahələrdəki imkanların birləşdirilməsinin hər iki ölkə üçün əhəmiyyəti inkaredilməzdir. Həmçinin Türkiyə-Azərbaycan Media Platformasının yaradılması məsələsində razılıq əldə olunub. Bu platforma vasitəsilə iki ölkə mediasının inteqrasiya olunmuş şəkildə hərəkət etməsi, xalqların məlumatlandırılması məsələsində səmərəli fəaliyyət göstərilməsi, xüsusilə sosial mediada yayılan dezinformasiyalar və ölkə xaricindən gələn qara piarlara qarşı mübarizədə vahid strategiyaların yaradılması məsələləri müzakirə edilib.
Baş redaktor bu məqamı xüsusi qeyd edib ki, Azərbaycana qarşı əsassız torpaq iddiasını irəli sürən işğalçı Ermənistan Türkiyəyə qarşı da qondarma “erməni soyqırımı” məsələsini irəli sürür. O deyib: “Azərbaycan-Türkiyə birliyi iki dövlətin diaspor təşkilatlarının birgə fəaliyyətində, erməni yalanlarına qarşı mübarizədə birgə səylər göstərmələrində də özünü qabarıq şəkildə büruzə verir. Azərbaycan-Türkiyə diaspor təşkilatlarının birgə fəaliyyəti nəticəsində həqiqətlərimiz dünya ictimaiyyətinə çatdırılır, müxtəlif tərkibdə tədbirlər, aksiyalar keçirilir, ermənilərin zaman-zaman öz havadarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı soyqırımı siyasəti həyata keçirdikləri faktlar əsasında beynəlxalq təşkilatlara, dövlətlərə ünvanlanır: “Mətbuatın ictimai fikrin formalaşmasında, eyni zamanda, maarifləndirmədə rolunu nəzərə alsaq Azərbaycan-Türkiyə Media Platformasının bu günümüz və qarşıdakı dövr üçün əhəmiyyəti daha aydın görünür. Müasir dövr informasiya-kommunikasıya texnologiyaları əsridir. Hər iki dövlətin media ictimaiyyəti yeni texnologiyaların yaratdığı imkanlardan səmərəli istifadə etməklə hər zaman bəzi dairələr tərəfindən sistemli şəkildə aparılan qərəzli təbliğatları reallıqlar əsasında cavablandırmaq imkanındadır. Hücum diplomatiyasını uğurla həyata keçirmək, bu siyasətə dəstək olmaq üçün kütləvi maarifləndirmə məqsədilə həqiqətləri ortaya qoyan bir platformanın yaradılmasına ehtiyac var idi. Bir sözlə, Azərbaycan və Türkiyənin bir çox sahələrdə mövcud əməkdaşlığının media sahəsində olması günümüzün əsas çağırışları sırasındandır. Bu baxımdan İstanbulda Azərbaycan-Türkiyə Media Platformasının yaradılması ilə bağlı qəbul olunan qərar təqdirəlayiqdir”.
V.Rəhimzadə vurğulayıb ki, Azərbaycan-Türkiyə birliyi bütün türk dünyasına nümunədir, türkdilli dövlətlər arasında münasibətlərin inkişafına öz müsbət təsirini göstərir. Möhtərəm Prezidentimiz İlham Əliyevin bütün türk dünyasına ünvanladığı “Biz birlikdə güclüyük!” mesajı mövcud problemlərin həllində vahid mövqenin ortaya qoyulmasına, hədəflərə çatmaq üçün birgə fəaliyyətin göstərilməsinə işarədir.
Tehsil-press.az