Çili Prezidenti Sebastyan Pinyera COVID-19 pandemiyasının 36 mindən çox qurbanının xatirəsinə ehtiram əlaməti olaraq 9 və 10 avqust tarixlərini milli matəm günü elan edib.
Dövlət başçısı bu barədə Santyaqo-de-Çilidəki Mərkəzi şəhər meydanında keçirilən mərasimdə bəyan edib.
Mərasimdə hökumət nümayəndələri, COVID-19 qurbanlarının ailələrinin üzvləri və tibb işçiləri iştirak edib.
Çili dünyada ən sürətlə peyvəndlənən ölkələrdən biridir və kütləvi şəkildə immunlaşdırılmanın faydası COVID-19-a yoluxma hallarının və bununla bağlı xəstəxanaya yerləşdirilmə hallarının azalmasında öz əksini tapır. Hazırda əhalinin hədəf qrupunun 82 faizindən çoxu (təxminən 19 milyon əhalinin 15 milyon nəfəri) peyvəndlənib.
Ötən həftə ölkənin hakimiyyət orqanları elan ediblər ki, avqustun 11-dən Çilidə Çin istehsalı olan “CoronaVac”ın iki dozası ilə peyvəndlənən, yaşı 55-dən yuxarı əhali arasında vaksinlənmənin üçüncü dozasının vurulmasına başlanılacaq.
Tehsil-press.az