2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilən tələbə qəbulu imtahanlarında 655 bal toplayan Mingəçevir şəhər 10 saylı orta məktəbin məzunu Nərmin Qədimli Mingəçevir Dövlət Universitetinin (MDU) “Xarici dil müəllimliyi (ingilis dili)” ixtisasını seçib.
2021-ci ilin 17 avqust tarixində MDU-da abituriyent N.Qədimli və onun valideyni ilə görüş keçirilib.
Görüşdə qəbul imtahanında böyük uğur qazanması münasibətilə N.Qədimlini təbrik edən MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, bu nailiyyətdə mühüm pay sahibi olan valideynlərə və müəllimlərə minnətdarlığını bildirib.
Yeni dövrün universitetinə transformasiya yolunda qarşıda dayanan başlıca məqsəd və vəzifələrdən danışan Ş.Bayramov son dövrdə MDU-nun sürətlə modernləşməsi, milli ali təhsil xəritəsində mövqeyinin gücləndirilməsi və kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən sistemli işlərdən bəhs edib.
Tələbə gənclərin hərtərəfli inkişafına xidmət edən əlverişli və dayanıqlı ali təhsil mühitinin təmin olunmasının daim diqqət mərkəzində saxlanıldığını vurğulayan rektor MDU-da ali təhsil almağın üstünlüklərini diqqətə çatdırıb və abituriyentin ixtisas seçimində yanılmadığına əminliyini ifadə edib.
Son illərdə yüksək bal toplayan abituriyentlərin şərəfli və məsuliyyətli müəllimlik peşəsini seçməsini ölkəmizdə müəllim nüfuzunun artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsi kimi qiymətləndirən Ş.Bayramov bu cür yüksək göstəricələrə sahib tələbələrin gələcəkdə dərs deyəcəyi şagirdlərə də örnək olacaqlarına və cəmiyyətə faydalı fərdlər yetişdirəcəklərinə inandığını bildirib.
Bununla yanaşı, MDU-da idarəçilik prosesində təhsilalanların iştirak imkanlarından söhbət açan rektor universitet birincisini təhsil alacağı ali təhsil müəssisəsində gedən quruculuq işlərinə də fəal qoşulmağa dəvət edib və gələcək tələbə həyatında ona uğurlar arzulayıb.
Görüşdə MDU-nu seçməsindən məmnunluğunu bildirən abituriyent N.Qədimli və onun valideyni göstərilən diqqətə görə universitet rəhbərliyinə təşəkkür edib. Son dövrdə universitetdə baş verən müsbət keyfiyyət dəyişikliklərini yaxından izlədiyini qeyd edən N.Qədimli seçiminin heç də təsadüfi olmadığını vurğulayıb. Gələcəkdə müasir tələblərə cavab verən pedaqoq kimi yetişməsində təhsil alacağı universitetin potensialını yüksək dəyərləndirən abituriyent MDU ailəsinin layiqli üzvü olmasına çalışacağına söz verib.
Sonda rektor görüş iştirakçıları ilə xatirə şəkli çəkdirib.
Qeyd edək ki, son dövrdə MDU-da bütün fəaliyyət istiqamətləri üzrə həyata keçirilən kompleks və sistemli tədbirlərin nəticəsi olaraq universitetin cəlbediciliyi artıb və yüksək balla qəbul olan tələbələrin sayında müsbət dinamika müşahidə edilir.
Tehsil-press.az