Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2021-2022-ci tədris ilində Macarıstan, Çin və Rumıniyada təhsil almaq hüququ qazanmış bir qrup tələbə ilə onlayn görüş keçirilib.
Görüşdə nazir müavini Firudin Qurbanov HTP çərçivəsində təhsil almaq üçün müraciət edənlərin sayının ildən-ilə artdığını diqqətə çatdırıb. Nazir müavini qeyd edib ki, 2021-2022-ci tədris ili üçün keçirilən müsabiqədə seçim yüksək rəqabətlilik şəraitində baş tutub. Azərbaycan gənclərinin xaricdə təhsil almasının əhəmiyyətinə toxunan Firudin Qurbanov onların ölkəmizin dinamik inkişaf prosesinə töhfə verəcəklərinə əminliyini ifadə edib.
Nazir müavini tələbələrə təhsil alacaqları ölkələrdə Azərbaycan mədəniyyəti, tarixi və incəsənətinin təbliği, vətənpərvərlik məsələsinin daim diqqətdə saxlanılması ilə bağlı tövsiyələrini verib.
Görüşün sonunda tələbələr öz fikirlərini bölüşüb, onları maraqlandıran suallarla bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 2021-2022-ci tədris ili üzrə Macarıstanda 148, Çində 21 və Rumıniyada isə 3 nəfər təhsil almaq hüququ qazanıb. Onlar təhsillərini sözügedən ölkələrin aparıcı ali məktəblərində bakalavriat, baza ali tibb təhsili, magistratura və doktorantura səviyyələrində davam etdirəcəklər.
HTP çərçivəsində Çində təqaüdlü təhsil almaq hüququ qazanmış tələbələr arasında 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş mayor Ruslan Cəfərovun oğlu Raul Cəfərli də yer alıb. Raul Cəfərli Pekin Texnologiya İnstitutunda informasiya texnologiyaları ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alacaq.
Tehsil-press.az