Meksikada dəhşətli qəza - 16 ölü, 22 yaralı

Meksikada dəhşətli qəza - 16 ölü, 22 yaralı Meksikanın şimal-qərbindəki Sonora ştatında sərnişin avtobusu TIR-la toqquşub.
Bu barədə ştatın Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, nəticədə 16 nəfər ölüb, 22 nəfər yaralanıb. Yaralılardan altısının vəziyyəti ağırdır.
Əraziyə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.
Qəzanın səbəbinin araşdırılması üçün istintaq başladılıb.

Tehsil-press.az


Oxşar xəbərlər