Ümumi orta təhsil səviyyəsi üzrə əlavə buraxılış imtahanı və Azərbaycan dili imtahanının nəticələri açıqlanıb

Ümumi orta təhsil səviyyəsi üzrə əlavə buraxılış imtahanı və Azərbaycan dili imtahanının nəticələri açıqlanıb Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə əlavə buraxılış imtahanı və Azərbaycan dili (dövlət dili kimi) imtahanının nəticələri elan olunub.
Şagirdlər imtahanın nəticələri ilə DİM-in saytında yerləşdirilən keçidlər vasitəsilə tanış ola bilərlər.
Bundan əlavə, mobil nömrələr (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də nəticələri öyrənmək mümkündür.
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticəsinin isə yaxın 4 gün ərzində elan olunması nəzərdə tutulur.
Nəticəsi elan olunan imtahanlarla bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən sentyabrın 13-dən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər sentyabrın 11-13-də DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər