Vyanada fəaliyyət göstərən “Kulteurasia” dərnəyinin təşkilatçılığı ilə “Odlar yurduna səyahət – Azərbaycandan təəssüratlar“ adlı məruzə axşamı təşkil olunub.
Təşkilatın rəhbəri Daniela Libervirt Azərbaycana etdiyi səfərlər əsasında interaktiv təqdimatla çıxış edib. Azərbaycanın müxtəlif regionlarına səfərlər zamanı çəkilən fotolar üzərində qurulan məruzədə Azərbaycanın dilbər guşələri, əhalinin qonaqpərvərliyi, zəngin mətbəx, adət-ənənələr, dini və milli xüsusiyyətlər, memarlıq, xalq sənəti və digər mövzular barədə məlumat verilib. Məruzədə paytaxt Bakı və regionların turizm potensialı, tarixi və memarlıq obyektləri, UNESCO-nun Ümumdünya irsi obyektlərinə daxil edilən Şirvanşahlar sarayı, Qız qalası və Şəki Xan sarayı barədə ətraflı danışılıb.
Azərbaycanın regionlarından Şəki, Lahıc, Gəncə, Göygöl, Naxçıvan, Qusara səfərlərindən bəhs edən məruzəçi Azərbaycan xalqının sevimli bayramı Novruz və onun adət-ənənələri barədə öz təəssürat və müşahidələrindən bəhs edib.
Məruzədən sonra Əməkdar artistlər - tarzən Sahib Paşazadə və nağara ifaçısı Kamran Kərimov musiqi proqramı ilə çıxış ediblər. İnstrumental proqramda təsnif və muğamlara, eləcə də xalq mahnılarına yer verilib.
Tehsil-press.az