Şagirdlərlə bağlı bu tələb də ləğv olundu

Şagirdlərlə bağlı bu tələb də ləğv olundu Tədris otaqlarında hər parta arxasında yalnız bir təhsil alanın oturması tələbi ləğv edilib.
Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"nda etdiyi dəyişikliklərə verdiyi izahda qeyd olunub.
Bundan başqa, ali və orta ixtisas təhsili müəssisələrində sinif otaqlarından (auditoriyalardan) eyni vaxtda mövcud yerlərin 70 faizindən çox olmamaqla istifadə edilməsi tələbi müəyyən edilib.

Tehsil-press.az

Oxşar xəbərlər