Avropanın, adətən, cənub ölkələri şəhər mühitinin məişət tullantılarından vaxtında təmizlənməsi problemi yaşayır. İtaliya illərdir bu vəzifənini öhdəsindən layiqincə gələ bilmir. Xüsusilə ölkənini cənubunda həmişə bu məsələylə bağlı sıxıntı olur. Neapolun küçələrinin zibildən dolub-daşdığı az olmayıb. Hətta paytaxt Romada da problemsiz ötüşmək alınmır.
Bu dəfə Fransa şəhəri Neapolun taleyini yaşayır. Marseli zibil basıb. Kommunal təsərrüfat işçilərinin sentyabrın 23-dən tətil etməsi şəhər həyatını iflic halına salıb. Hər yerdə məişət tullantıları qalaqlanıb. Şəhərin hətta mərkəzində də üfunət iyindən qaçmaq olmur.
Kommunal təsərrüfat işçiləri bir həftədir geri çəkilmək istəmir. Onlar əmək şərtlərinin dəyişməsinə etiraz olaraq işi dayandırıblar. Qanunvericilikdəki dəyişiklik təsərrüfat işçilərinə heç sərf etmir. İndi onları dövlət müəssisəsinin əməkdaşları sayıldıqlarından həftədə 35 saat işləməyə məcbur etmək istəyirlər. Təmizliklə məşğul olanlar isə dəyişikliyə hazır deyil. Çünki buna qədər daha sərbəst olurdular. Həftədə 35 saat işləmək smen müddətinin artması anlamına gəlir. İndiyə qədər onlar işini bitirən kimi evə gedə bilirdilər. Dəyişiklikdən sonra isə işçilərə əlavə yük veriləcək.
İş prinsiplərinin dəyişdirilməsi 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək. Sadəcə, kommunal təsərrüfat işçiləri indidən həyəcan təbili çalır. Onlar yeni qaydaların ləğvini tələb edir. Onsuz da ilin sonuna çox qalmayıb. İndi etiraz səsi qaldırılmasa, yeni ildən daha çox işləmək lazım gələcək.
Fransa telekanallarının hazırladığı reportajlarda hər yeri zibil basdığı görünür. Məişət tullantıları hətta piyada keçidlərini də tutub. Şəhər sakinləri çox narazıdır. Amma etiraz aksiyaları ölkəsi kimi tanın Fransada tətillər təəccüb doğurmur. Fransızlar hər imkandaca etiraz nümunəsi ortaya qoyurlar.
Marsel Fransanın cənub-şərqində yerləşir. Əhalisi 900 min nəfərə çatır. Marsel kvartallar şəhəri kimi tanınır. Burada ümumilikdə 111 kvartal var. İdarəetmədə bələdiyyələr böyük rol oynayır.
Tehsil-press.az