Avstriya kansleri Sebastyan Kurts prokurorluq tərəfindən ona qarşı aparılan korrupsiya əleyhinə araşdırma fonunda istefa verib.
Bu barədə o özü məlumat verib:
“İndi sabit əlaqələrə ehtiyacımız var, buna görə də çıxılmaz vəziyyəti aradan qaldırmaq, xaosun qarşısını almaq və stabilliyi təmin etmək üçün kənara çəkilmək istəyirəm. Xalq Partiyası komandasından işini davam etdirməsini xahiş etmişəm”.
Kurts qeyd edib ki, partiya sədri olaraq yeni hökumət başçısı postuna federal prezident Aleksander Şallenberqin namizədliyini irəli sürüb. Şallenberq hazırda ölkənin xarici işlər naziridir.
Kurtsun sözlərinə görə, kansler postundan getsə də, partiyanın sədri və parlamentdəki fraksiyasının rəhbəri olaraq qalacaq.
Qeyd edək ki, Sebstyan Kurts prokurorluğun ona qarşı qaldırdığı korrupsiya və rüşvət ittihamlarını rədd edir.
Tehsil-press.az