İsveçrəli alimin Qafqaza həsr olunmuş kitabında Tarix Muzeyinin eksponatları haqqında məlumat yer alıb

İsveçrəli alimin Qafqaza həsr olunmuş kitabında Tarix Muzeyinin eksponatları haqqında məlumat yer alıb Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin inciləri isveçrəli tarixçi alim, professor Kristof Baumerin “Qafqaz tarixi: imperiyaların kəsişməsində” (History of the Caucasus at the Crossroads of Empires. Volume 1. London, “I.B. Tauris, London, New York”, 2021. P.386.) adlı kitabında (birinci cild) yer alıb.
Muzeyin Arxeologiya, Etnoqrafiya elmi-fond şöbələri və Xüsusi fondunda qorunan, müxtəlif tarixi dövrlərdə dəyişən mədəniyyətlərin əyani sübutu kimi eksponatların keyfiyyətli təsvirləri və onların annotasiyası nəşrdə öz əksini tapıb.
Qeyd edək ki, müəllif kitabın hazırlanmasında göstərilən elmi dəstəyə görə muzeyin baş direktoru, akademik Nailə Vəlixanlıya, Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Emin Dadaşova və şöbənin əməkdaşı Fuad Ağayevə təşəkkürünü bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər