2003–2006-cı illərdə Azərbaycanın İstanbuldakı Baş konsulu vəzifəsində çalışan İbrahim Nəbioğlu ötən gün koronavirusdan dünyasını dəyişən tanınmış jurnalist Elnur Əşrəfoğlu ilə bağlı illər öncəki xatirəsini bölüşüb.
O, bu barədə özünün feysbuk hesabında yazıb:
“2003-cü ilin avqust ayının sonları idi.
İstanbula yenicə Baş konsul təyin olunmuşdum.
Qərargahı İstanbulda olan Türk Silahlı Qüvvələrinin 1-ci Ordu komandanlığına təbrik ziyarətinə gedirdim. Türk Ordusunun önəmli komandanlarından biri, Orgeneral (Ordu generalı) Yaşar Büyükanıt yenicə 1-ci Ordu Komandanı təyin olunmuşdu. Azərbaycan Dövləti adından Yaşar Paşanı təbrik ziyarəti üçün Bosforu Avropadan Asiyaya keçirdim.
Yolda qardaşım zəng vurdu ki, Elnur İstanbuldadır, sənin nömrəni istədi, mən də verdim dedi. “Yaxşı elədin” dedim, “Zəng eləsin, mütləq görüşəcəm”, - əlavə elədim. “Yox, sən zəng vur, abırlı adamdır axı, birdən narahatlıq vermək istəməz”, - qardaşım israr etdi.
Elnur mənim keçmiş iş yoldaşım idi, bir-birimizi çox istəyirdik. Amma qardaşımla daha çox yaxınlıq edirdi. Məndən yaşca kiçik olduğu üçün yəqin…
Elnura zəng vurdum maşından. Sabah İstanbuldan hansısa idman yarışı üçün hansısa ölkəyə uçacağını dedi. “Olduğun yerdə qal, indi maşın gəlib səni tapacaq” söylədim…
1-ci Ordu Komandanlığı İstanbulun Anandolu yaxasında – Asiyadakı tarixi Selimiye Kışlasında yerləşir. Türk Hərb Tarixinin önəmli hadisələrinə səhnə olan bu əfsanəvi məkana ayaq basmaq, oranın havasını tənəffüs etmək hər bir insan üçün əlçatmaz bir xəyaldır. Telefonumu sürücüyə verib Yaşar Paşanın üst mərtəbələrdə yerləşən möhtəşəm otağına çıxdım…
Görüşdən sonra Yaşar Paşa nəzakətlə məni yola salanda yavəri bizə yaxınlaşıb yavaşca nəsə dedi. Fanatik futbol həvəskarı olan Yaşar Büyükanıt mənə tərəf dönüb gülümsəyərək “Sizin önəmli spor spikeriniz kapıdaymış” dedi və əlavə etdi: “Buraları gezdirmişler” (Selimiye Kışlasına girmək normal şərtlərdə nəinki çətindir, mümkün deyil).
Binadan çıxanda Elnur sevinclə mənə sarılıb: “Dünyanın çox ölkəsində olmuşam, nə belə bir yer görmüşəm, nə də bayraqlı maşına minmişəm”…
Sürücüm Mehmet Elnurun dalınca gedəndə xidməti maşındakı Azərbaycan bayrağını (xaricdəki diplomatik missiyaların başçılarının xidməti maşınlarında sağ tərəfdə təmsil etdiyi ölkənin bayrağı dalğalanır) çıxarmayıb ki, gecikməsin, ehtiyat zolaqdan sürsün avtomobili. Elnur da Selimiyeye gələndə yolboyu polislər ona salam verib, maşına öncəlik tanıyıblar.
Axşam Üsküdarda, Bosforun sahilindəki balıq restoranlarından birində Elnurla gecəyarısına qədər dadı damağımızda qalan bir axşam yeməyi yedik, doyunca söhbət etdik.
Bu dəqiqə, bu sətirləri yazarkən onun gülən üzü gözümün önündən getmir.
Çox kədərliyəm. Sarsılmışam.
Əlvida, əziz dost!
Torpağın bol olsun!”.
Tehsil-press.az