Pedaqoji Universitetin tələbə və məzunları olmuş qəhrəmanlar haqqında məlumat toplanılır

Pedaqoji Universitetin tələbə və məzunları olmuş qəhrəmanlar haqqında məlumat toplanılır Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mənfur düşmənlərlə mübarizə aparan xalqımızın igid oğul və qızları sırasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbə, məzun, əməkdaş və rəhbərləri də yer alır. Universitetdə bu sahədə tədqiqatlar aparılır.
Müxtəlif dövrlərdə Pedaqoji Universitetin, onun filialları və tərkibindəki Pedaqoji Kollecin tələbə və məzunları olmuş qəhrəmanlar haqqında məlumat toplanılıb. Onlardan 8 nəfəri İkinci Dünya müharibəsi iştirakçısı, 3 nəfəri Azərbaycanın Milli Qəhrəmanı, 1-i “Zəfər” ordeni ilə, 2-si “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib, 29 nəfəri Birinci Qarabağ müharibəsi şəhidi, 12 nəfəri Vətən müharibəsi şəhidi, 45 nəfəri Birinci Qarabağ müharibəsi iştirakçısı, 10 nəfəri Aprel döyüşləri iştirakçısı və 180 nəfəri isə Vətən müharibəsi iştirakçısıdır. Ümumilikdə 234 nəfərin yer aldığı bu cərgə Azərbaycan xalqının şanlı qəhrəmanlıq tarixinin ayrılmaz parçasıdır.

Tehsil-press.az


Oxşar xəbərlər