BDU-da tədbir: Çağırır Ana Vətən!

BDU-da tədbir: Çağırır Ana Vətən! Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində Tələbə Gənclər Təşkilatı tərəfindən “Çağırır Ana Vətən!” adlı onlayn tədbir keçirilib.
Tədbirdə fakültənin dekanı vəzifəsini icra edən Səbinə Ömərova Vətən müharibəsində qəhrəmanlarımızın rəşadətindən danışıb. Qeyd edib ki, ölkəmizdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə başlayan ordu quruculuğu prosesi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müzəffər ordumuzun torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şücaət əsl qəhrəmanlıq nümunəsidir.
Sonra Biologiya fakültəsinin dekan müavini Musa Cabbarov belə tədbirlərin keçirilməsinin gənc nəslin milli vətənpərvərlik ruhunda yetişməsinə böyük təsir göstərdiyini vurğulayıb.
Tədbirdə iştirak edən şəhid ailələri - general Polad Həşimovun bacısı Kəmalə Həşimova, mayor Urfan Vəlizadənin bacısı Xuraman Vəlizadə, şəhid XTQ əsgəri Emin Bağırovun qardaşı Yaqub Bağırov, şəhid gizir Əşrəf Məmmədlinin bacısı Gülövşə Məmmədli, qazilərimiz - Mobil Əhmədzadə, Vasif Allahverdiyev, Afiəddin Əliyev, Vətən müharibəsi iştirakçısı Nurlan Məmmədrəhimov xatirələrini bölüşüblər.
Tədbir bədii hissə ilə davam edib, tələbələrin hazırladığı videoçarx nümayiş olunub.

Tehsil-press.az

Oxşar xəbərlər