Noyabrın 17-dən başlanan meydan hərəkatı Azərbaycan xalqının azadlıq ruhunu oyatdı

Noyabrın 17-dən başlanan meydan hərəkatı Azərbaycan xalqının azadlıq ruhunu oyatdı Azərbaycan Dillər Universitetində (ADU) Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin təşkilatçılığı ilə Milli Dirçəliş Gününə həsr olunan dəyirmi masa keçirilib.
Milli Dirçəliş Gününün tarixi əhəmiyyətindən danışan Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı professor İbrahim Kazımbəyli gəncləri tariximizin şanlı səhifələrini dərindən öyrənməyə çağırıb.
1988-ci il noyabrın 17-dən başlanan meydan hərəkatının Azərbaycan xalqının azadlıq ruhunu oyatdığını deyən universitetin Qafqazşünaslıq və Azərbaycan tarix kafedrasının dosenti Qorxmaz Mustafayev Milli Dirçəliş Gününün tarixindən, o dövrün siyasi proseslərindən və azadlıq arzusu ilə yaşayan xalqımızın ötən əsrin 80-ci illərinin sonlarında Bakının Azadlıq meydanında fasiləsiz etiraz mitinqlərinə başlaması haqqında məlumat verib. O, xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan Milli Dirçəliş Gününün Azərbaycanın müstəqilliyinin bərpasında mühüm rol oynadığını da qeyd edib.
Regionşünaslıq kafedrasının dosenti Bəhmən Əliyev Azərbaycanın müstəqilliyəqədərki tarixindən danışıb. O, həmçinin Azərbaycanın müstəqillik qazanmasında və azad, suveren ölkə kimi dünyada tanınmasında ulu öndər Heydər Əliyevin misilsiz rolundan söz açıb.
Milli Dirçəliş Gününün mahiyyətindən danışan universitetin Beynəlxalq münasibətlər kafedrasının dosenti Namiq Əsədov Azərbaycanın müstəqillik qazanması yolunda verdiyi itkilər və illərlə davam edən hadisələr haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Filologiya üzrə fəlsəfə doktoru Mehriban Mövlanova “17 günlük hərəkat - müstəqilliyə doğru dönüş nöqtəsi”, Filologiya fakültəsinin tələbəsi Rəna Şabanzadə isə “1988-ci il, 17 noyabr” mövzularında çıxış ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər