BSU-da Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş elmi seminar

BSU-da Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş elmi seminar Noyabrın 20-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan multikulturalizmi kafedrası, Beynəlxalq münasibətlər kafedrası, Əlavə təhsil və qiyabi şöbə, beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin təşkilatçılığı ilə 16 noyabr Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş elmi seminar keçirilib.
Dövlət himninin səsləndirilməsi ilə başlanan tədirdə tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova Azərbaycanda tolerantlığın kökünün tarixin dərin qatlarına getdiyini bildirib. Prorektor görkəmli sənətkarların əsərlərindən gətirdiyi nümunələr əsasında xalqımızın tarix boyu digər xalqalara hörmət və ehtiramla yanaşdığını vurğulayıb. X. Sultanova qeyd edib ki, milli-mədəni rəngarənlik mühitinin formalaşdığı Azərbaycan öz ərazisində yaşayan xalqların milli, dini, etnik fərqlərdən asılı olmayaraq sülh və əmin-amanlıq şəraitində yaşaması ilə dünyaya bir örnək olub.
Azərbaycan multikulturalizmi kafedrasının dosenti Sevda Axundova “Tolerantlıq anlayışının fəlsəfi təhlili” mövzusu ilə çıxış edərək Beynəlxalq Tolerantlıq Gününün tarixindən danışıb. O, bildirib ki, 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə tolerantlıq gününün təsis edilməsində məqsəd qurumun nizamnaməsində qeyd olunduğu kimi, dünyada hamının bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırışdır. S.Axundova məruzəsində antik dövrdən müasir dövrədək dünya filosoflarının tolerantlıqla bağlı düşüncələrini fəlsəfi təhlil edib.
Beynəlxalq münasibətlər kafedrasının dosenti Şəhla Nuruzadə “Tolerantlıq və etnik amil” adlı məruzə ilə çıxış edib. Ş.Nuruzadə tolerantlığın tarix boyu dünyada mövcud olan millətlərin inkişafında rolundan söz açıb. Dövlətlərarası tolerantlığın qəbul edilməsi ilə bağlı danışan Ş.Nuruzadə miqrasiya problemi və tolerantlıq barəsində də seminar iştirakçılarına maraqlı məlumatlar verib.
Sonra beynəlxalq münansibətlər və regionşünaslıq fakültəsinin tələbəsi Nuhbala Əliyevin “Tolerantlığın tarixi və Azərbaycanda tolerantlıq” adlı məruzəsi dinlənilib.

[right]BSU-nun Mətbuat xidməti
[/right]

BSU-da Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş elmi seminar

Oxşar xəbərlər